2 Haziran 2012 Cumartesi

Şeir dəftərçəmdən (2012)


***
Əvvəl                              
Sevgilim,
Aşkım, həyatım,
Göyərçinim
Deyərdin mənə,
Dördhərfli adımın əvəzinə.
Sonra şirin nağıllarla
Darıxdırıcı günlərimə rəng qatdın.
Sonra
Gündəlik görüşlər
Yerini
Gecə zənglərinə verdi,
Sonra – tələsik, qısa mesajlara.

Sonra susdun.

Soyuq pəncərələrə çırpılan günlərim
Sənsiz keçdi.
Sənin haqqında fikirlərim
Səhər  dostlaşdı,
Axşam – toqquşub dalaşdı beynimdə.

Niyə ağlayıram?
Sorma.
Sənə nə...

Sima, 2012

1 yorum: