Yaxşı nəsil böyütmək üçün uşaqların gözü qarşısında onun sevdiyi insanların gözəl davranış nümunələri olmalıdır. Yalansız, dürüstsözlü mühitdə böyüyən uşağın ağlına gəlməz yalan danışmaq, kimisə aldadıb faydalanmaq, çünki bu uşaq tamam başqa dəyərlərlə tərbiyə edilmişdir.
Onsuz da həyat mürəkkəb və ziddiyyətlidir, təəssüf ki, bəzən uğursuz və qarşılıq verməyəndir. Odur ki, uşaqları həyata düzgün yönəltmək, çətinliklərə dözümü aşılamaq, öz gücünə inamı tərbiyələndirmək ona bahalı oyuncaqlar almaqdan qat-qat yaxşıdır. Oyuncaq bir-iki gün maraq doğuracaq, sonra bir küncə atılıb unudulacaqdır; amma uşaqlara aşıladığımız gözəl vərdişlər onların xoşbəxtliyinin görunməz, lakin çox mühüm "kərpicləridir".
Bu gün uşaqların fiziki, mənəvi və sosial müdafiəsinə ehtiyac kəskin duyulmaqdadır. Uşaq hər yerdə - evdə, küçədə, məktəbdə, sosial şəbəkələrdə hər cür zorakılığa məruz qala bilər. Bu zorakılıq açıq və ya gizli şəkildə, fərdi və ya qrup formasında mümkündür. Bizdən zəif və asılı olan uşaqların müdafiəyə ehtiyacı olduqlarını yalnız iyun ayının 1-də deyil, ilin 365 günü yadımızda saxlayaq.
Sima, 2012
Hiç yorum yok:
Yorum Gönder