31 Ekim 2011 Pazartesi

Xaliq Bahadır - Türkcə 160 söz!

Oxu, unutma!



Türk dili dünyanın ən ulu, ən zəngin dilidir. Dilimiz çox zəngin olsa da, bu zənginlik özünü istər danışıq, istərsə də yazı dilində çox az göstərir. Bu görsənişin də bir başlıca nədəni var: biz dilimizin söz saxlancına gərəyincə yetik deyilik; başqa cür desək, dilimizi yetərincə öyrənməyə, onun söz saxlancında olanları mənimsəməyə çalışmırıq. Çağlar boyu belə olub. Belə olduğundan da dilimiz gəlmə-yad sözlərlə yükləndikcə yüklənib. Öz sözlərimizdən çox özgə sözlərə üstünlük verə-verə dilimizi dəyişib, gerçək Türk dili olmaqdan çıxarmışıq. Başqa cür desək, öz sözlərimizə sayğısızca yanaşaraq özgə sözlərə qucaq açmaqla dilimizi ulu, uca, üstün, zəngin TÜRK DİLİ gerçəyindən uzaqlaşdırmışıq.

Bu gün İngiltərə, Fransa kimi Avropa ölkələrində, bizə qonşu Rusiyada dilin yad sözlərdən qorunması, arınması dövlət işinə çevrilib. Adı çəkilən ölkələrin parlamentləri bu yöndə çalışmalarda bulunur. Ən əski çağlardan Türk dil kültürünün başlıca daşıyıcısı olan Azərbaycanda bu gün dil yiyəsiz qalıb, başlı-başına buraxılıb. Bunu biz gündəlik olaraq qəzetlərdən, teleradiolardan, eləcə də qarmaqarışıq, çağ baxımından yararsız dildə yazılmış orta, yüksək oxul dərsliklərindən görürük. Çoxu dilimizə yatmayan, dilimizin quruluşu, səs-söz düzümü, düzəni ilə uyuşmayan gəlmə sözlər dilimizdə at oynatmadadır...

Bəlli olduğu kimi, dünyada bütünlüklə arı dil yoxdur, ola da bilməz. İstər qonşular arasında, istərsə də dünyanın bu başından o başına ilişkilər, çeşidli alış-verişlər bu dildən o dilə, o dildən bu dilə sözlər aparır, gətirir. Bunlar olub, olacaq. Bunlarla yanaşı, dilin qorunması yönündə çalışmalar da olmalı, dilə yalnız dıldə olmayan, dili zənginləşdirəcək sözlər gətirilməlidir! Belə bir baxış bucağından yanaşsaq, dilimizin yersiz-gərəksiz sözlərlə necə dolduğunu (zibilləndiyini!) görərik. Gəlin dilimizə ötəri bir baxış keçirək. Burada dilimizi başına götürən yersiz-gərəksiz ərəb-fars sözləri ayrıc içində göstəriləcək.

Azad(f) - özgür; bariz(ə)- açıq, aydın, qabarıq, gözəçarpan; davam(ə) - dözüm, sürək; davamlı - dözümlü; davam edir - sürür; dır, dir şəkilçilərinin yerində də işlədilir; qüvvə(ə) - güc, bacarıq; qədər(ə) - say bildirir, qoşma olaraq işlədilir; dər(f)hal(ə) - tez, əlüstü, yubanmadan; qeyd(ə) etmək - bildirmək, vurğulamaq, göstərmək; qəbul(ə) - almaq, götürmək, qarşılamaq; qəbuledilməz - yolverilməz; qeyri(ə) - başqa, özgə, yad; vətən(ə) - yurd, ölkə; cənub(ə) - güney; şimal(ə) - quzey; qərb(ə) - batı; şərq(ə) - doğu; vətəndaş - yurddaş; cəmiyyət(ə) - toplum; müvafiq(ə) - uyğun; məfhum(ə) - anlayış; mənbə(ə) - qaynaq; mülayim(ə) - yumşaq; münasib(ə) - uyğun, yaraşan, yerində; münasibət(ə) - ilişki, yaxınlıq; mümkün(ə) - ola bilir, olası; qeyri-mümkün - olamaz; müraciət(ə) - çağırış, başvuru; mücdə(f) - muştuluq; müvafiq(ə) - uyğun, uyar, yarar, yaraşan, əlverişli; müqəddəs(ə) - qutsal, arı, ulu, yüksək; möhür(ə) - damğa; müqəssir(ə) - suçlu; məhv(ə) - yox etmə, aradan qaldırma; nazir(ə) - baxan; əksər (ə) - çox; əksəriyyət - çoxluq; əsas(ə) - özül, başlıca, göstərgə; istifadə(ə) - yararlanma; müdafiə(ə) - qorunma, savunma; digər(f) - ayrı, başqa; əfv(ə) - bağışlama; sahib(ə) - yiyə; inkişaf(ə) - gəlişmə; bəli(f) - HƏ; xeyr(ə) - YOX; həmin(f) - nəyisə, kimsənisə göstərmə; həm(f)yaşıd - yaşıd; lüğət (ə) - sözlük; fikir(ə) - düşüncə; lazım(ə) - gərək; məlum(ə) - bəlli; əgər (ə)- sa, sə şəkilçiləri ilə bir arada işlənən artıq-yararsız söz; istehsal(ə)- ürətim; ixtiyar(ə)- ərk; ictimai(ə)- ellik; intihar(ə)- özünüöldürmə; tərəf(ə)daş- yandaş; tərəfindən(ə)- dilimizin özümlü quruluşunu pozan saldırğan söz; təxir(ə)ə salmaq - ertələmək; tamam(ə) - bitmə, qurtarma; tamamilə - bütünlüklə; təcili(ə) - tələsik, tez, əlüstü, çapıq; məhz(ə) - artıq-gərəksiz söz - ancaq, yalnız, tək, təkcə, ona görə də, buna görə də anlamını bildirir; tələb(ə) - istək; təşəkkül(ə) - oluşma; təşkilat(ə)- qurum; təşkilatlanma(ə) - qurulma; təkzib(ə) - yalanlama; təzahür(ə) - görsəniş; təyinat(ə) - atama, göndərmə, qoyma; təqsir(ə) - suç; günah(f) - suç; cənab(ə) - sayın, sayğılı; nəsil(ə) - soy, quşaq; (nisbət(ə) - oran; nümayiş(ə) - göstəri; nümayiş etdirmək - göstərmək; nişan(f) - bəlirti; məhsul(ə) - ürün; məna(ə) - anlam; vasitə(ə) - araç; amma, lakin(ə) - ancaq; mütəmadi(ə) - sürəkli, ardıcıl; müayinə(ə) - yoxlama, baxış; müavinət(ə) - kömək, yardım; idarə(ə) - yönətim; nümayiş(ə) etdirmək - göstərmək; tədqiqat(ə) - araşdırma; tədqiq(ə) etmək - araşdırmaq; təqdir (ə) etmək - bəyənmək; dəstək(f) olmaq - yardım, yardımçılıq; tələb(ə) etmək - istəmək; sabiq(ə) - keçmiş; mövcud(ə) - var, olmaq; mövcudluq - varlıq; əlaqə(ə) - ilişki, bağlantı; müqayisə(ə) - tutuşdurma; məğlub(ə) - yenilmiş; məğlubedilməz - yenilməz; möhtəşəm(ə) - böyük, azman; müddət(ə) - sürə, sürəc; məruz(ə) qalmaq - uğramaq; mübarizə(ə) - çarpışma; mücadilə(ə) - savaş; mükafat(ə) - ödül; mübarək(ə) - qutlu; mükəmməl(ə) - yetkin, əksiksiz; məşğul(ə) olma - uğraşma; məsuliyyət(ə) - sorum; məsuliyyətli - sorumlu; müvəffəqiyyət(ə) - uğur; məsələ(ə) - sorun; möhtərəm(ə) - sayın, sayğılı; müxtəlif(ə) - qarışıq, dürlü; müəllif(ə) - yazar; müzakirə(ə) - danışma; məyus(ə) - üzgün; müttəfiq(ə) - bağlaşıq; müqavilə(ə) - bağlaşma; müdaxilə(ə) - qarışma; mütəxəssis(ə) - uzman; müşahidə(ə) - gözləm; müşahidəçi - gözləmçi; müsadirə(ə) - əlqoyma; şərik(ə) - ortaq; şey(ə) -nəsnə; iştirak(ə) - qatılma; təməl(ə) - özül; tərk(f) etmək - qoyub getmək, çıxıb getmək, atıb getmək; həm(f)rəy(ə)lik - birlik; həbs (ə) etmək - tutmaq, tutuqlamaq; müvəqqəti (ə) - keçici, ötəri; mühüm (ə) - gərəkli, başlıca; həyat (ə) - yaşam; həyata keçirmək - gerçəkləşdirmək; etibarən (ə) - dan, dən şəkilçilərinin, eləcə də başlayaraq sözünün yerində işlədilir; əvvəl (ə) - ilk, birinci, qabaq; rəğmən(ə) - qarşı, acığına, baxmayaraq, tərsinə; inşa(ə)- qurma, tikmə; inşa olunan - tikilən; inşaat - tikinti; təsis(ə) - qurma, yaratma; səbəb(ə) - nədən; ərazi(ə) - yer; xəbər(ə) - soraq; nəzər(ə) salmaq - baxmaq; daxil(ə) olmaq - girmək; təxliyə(ə) - boşaltma, köçürmə; təhlükə(ə)sizlik - güvənlik; təminat(ə) - güvəncə, qarantiya; müstəqil(ə)llik - bağımsızlıq; nöqteyi-nəzər - baxış, baxım; nümunə(f) - örnək; nəticə(ə) - sonuc; hiss(ə) - duyğu; vəziyyət(ə) - durum; şəffaf(ə) - açıq; malik(ə) - var, olan, eləcə də dır, dir şəkilçilərinin yerində işlədilir; zaman(ə) - çağ; təqdir(ə)də - sa, sə şəkilçisi yerində işlədilir; vəssəlam(ə) - bitdi, qurtardı; xuda(t)hafiz(ə) - sağ ol! Sağ olun!

abzas.net

Hiç yorum yok:

Yorum Gönder