31 Ekim 2011 Pazartesi

Dünya Azərbaycanlı Qadınların I Qurultayı keçirilib



İsveçin paytaxtı Stokholm şəhərində Azərbaycan Federasiyası – İsveçin (AFİ) dəstəyi ilə Azərbaycan, Türkiyə, Finlandiya, Almaniya və İsveçin müxtəlif şəhərlərindən olan ictimai fəal qadınların iştirakı ilə Dünya Azərbaycanlı Qadınların I Qurultayı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qurultayın fəxri qonağı və əsas məruzəçisi millət vəkili, Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva olub.

Azərbaycanın dövlət himninin səslənməsi ilə açıq elan edilən qurultayda öncə 4 Divan üzvü seçilib. Qənirə Paşayeva Divan sədri, Əfsanə Sevigin müavin, Səadət Kərimi və Ayda Əmir Haşimi isə katib seçiliblər. Qurultayı ilk məruzə ilə Qənirə Paşayeva açdıqdan sonra AFİ sədri Səttar Sevigin, İsveç Türk Gənclik Federasiyasının keçmiş sədri Pınar Mərmər, İsveç Türk Federasiyasının sədri Əhməd Önal, Türkiyədən Gülara Yenisey, İsveçdən Azər Heydərqızı, Eluca Atalı, Əfsanə Sulduzlu, Səadət Kərimi, İlahə Cəfərli və Finlandiyadan Arzu Muradlı Azərbaycan qadının tarix boyu rolu, bu gün qarşıda duran problemləri və onların həlli yolları ilə bağlı məruzə ilə çıxış ediblər. Çıxışlarda Azərbaycan dövlətinin qadınlara göstərdiyi diqqət, anaların vəzifələrindən də söz açılıb.

Daha sonra qurultayın sənədləri qəbul olunub. Qurultay Ermənistanın Azərbaycana təcavüzünü kəskin qınayan bəyanat qəbul edib. Qurultayın yekunu olaraq Azərbaycan Qadınları Federasiyasının yaradılması istiqamətində işlərə start verilməsinə dair qərar qəbul olunub.

modern.az

Hiç yorum yok:

Yorum Gönder