nağılın rus dilində variantı burada:
http://www.proza.ru/2014/02/02/2147
Biri vardı, biri yoxdu, bir Qardanə vardı. Əlbəttə,
o bir deyildi, onun xeyli rəfiqələri vardı - özü kimi soyuq gözəl qar dənəcikləri.
Onlar ilboyu göyün yeddinci qatında, buludlarda yaşayırdılar və hər gün
yuxarıdan aşağı baxıb,Yerdəki həyatı müşahidə edərək köks ötürürdülər, “axı nə
vaxt qış gələcək və biz aşağı, gözəl şəhərlərə və meşələrə enəcəyik, insanların
həyatına yaxından baxacağıq, bəlkə də isti günəş və ya texniki duz kimi təhlükə
ilə rastlaşacağıq... heç olmasa soyuq damarlarımızı bir qədər adrenalin ilə
coşdurarıq... yoxsa bütün günü buludlar, buludlar... darıxdırıcı və yeknəsək həyat”...





Aprelin 23-də ingilis dramaturqu, ingilis və dünya ədəbiyyatında möhtəşəm yeri tutmuş Vilyam Şekspirin (1564 - 1616) anadan olmasının 450-ci ildönümüdür. Artıq neçə yüz ildir ki, onun şəxsiyyəti, yaradıcılığı ətrafında araşdırmalar, mübahisələr və ziddiyyətli nəticələr səngimir. Şekspirin yazdığı 154 sonet, 2 poema və 37 pyes üzrə araşdırmalarda ədəbiyyatşünaslar, alimlər, tənqidçilər minlərlə "qələm sındırsalar" da, bu dahinin yaradıcılığında və şəxsiyyətində qaranlıq məqamlar qalmaqdadır.