Sakit zülmətlik içində
Qarşına bir daxma çıxsa,
Onun çirkli pəncərəsindən
Içəri baxsan,
Gümüş bir qövs görərsən -
Göy qurşağı sanki.
Gecələr bu qövs daxmada gizlənir,
Gündüzlər
Bağçadakı
Alma ağacının budaqlarında yellənir,
Günəşin altında rəngbərəng bərq vuraraq
Saralmış otları dinləyir...
Uzaqdan tənha tütək səsi gəlir
Kimsə var...
Amma o kimsə gümüşü qövsdən
Deyil xəbərdar...
Gecələr bu bağçada
Kimsəsiz yuxular sərgərdan gəzər,
Kiminsə yuxusuna qatılmaq istər...
Amma
Burda
Bu daxmada və sarı otlu bağçada
Insan yoxdu...
Vardı nə vaxtsa
Amma
daxmadakı gümüşü nağıllara inanmayıb,
Uzaqlara qaçıb,
Xoşbəxtlik axtarmağa çalışıb.
Və hələ də axtarır...
Sima, 2014
Hiç yorum yok:
Yorum Gönder