Aprelin 23-də ingilis dramaturqu, ingilis və dünya ədəbiyyatında möhtəşəm yeri tutmuş Vilyam Şekspirin (1564 - 1616) anadan olmasının 450-ci ildönümüdür. Artıq neçə yüz ildir ki, onun şəxsiyyəti, yaradıcılığı ətrafında araşdırmalar, mübahisələr və ziddiyyətli nəticələr səngimir. Şekspirin yazdığı 154 sonet, 2 poema və 37 pyes üzrə araşdırmalarda ədəbiyyatşünaslar, alimlər, tənqidçilər minlərlə "qələm sındırsalar" da, bu dahinin yaradıcılığında və şəxsiyyətində qaranlıq məqamlar qalmaqdadır.
Şekspir həmçinin ingilis dilini 1700 sözlə zənginləşdirmişdir. Onun əsərlərindən götürülmüş ifadələr dillərdən düşmür.
* Biz yuxularımızdan toxunmuşuq
* Ən geniş yayılmış arzu - başqalarından fərqlənməkdir
* Əsil sevgi danışmır, çünki o, sözlərdə deyil, əməldədir
* Ehtiras nə qədər güclüdürsə, sonu bir o qədər kədərlidir
* Özünə xəyanət edən heç kimi sevmir
* Bəzən ata oğluna gülməyi öyrədir, oğul isə ataya - ağlamağı
* Cəhənnəm boşdur, bütün şeytanlar burdadır
* Vicdandan küsmüş hakimiyyət təhlükəlidir
* Fikirlərinizi danışmağa qoymayın
* Söz az olan yerdə onun çəkisi var
* Zaman hər kəs üçün fərqli axır
* Biz bir bağçayıq, iradəmiz isə - bağban
* Çürük almalar arasında seçim məhduddur
* Ləkəsiz ürəyi qorxutmaq çətindir
Hiç yorum yok:
Yorum Gönder