Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
31 Ağustos 2011 Çarşamba
Sergey Dovlatov. Aforizmlər
Sentyabrın 3-ü Sergey Dovlatovun (1941, Ufa – 1990, Nyu-York) anadan olduğu gündür. Onun əsərləri “samizdat” (makinada gizli çapetmə) nəşriyyatlarında çıxırdı, çünki rəsmi nəşryyatlar Dovlatovun əsərlərini çap etmirdi. 1978-ci ildə ABŞ-a köçən Dovlatov “Yeni amerikalı” emiqrant qəzetinin baş redaktoru olur, tezliklə kitabları cıxır və o, oxucu auditoriyası qazanır. ABŞ-da yaşadığı 12 il ərzində Dovlatovun 12 kitabı işıq üzü görür.
Sergey Dovlatovun aforizmlərindən:
*
Kim iztirab çəkirsə, gunah etmir
*
Borcların səni üzür? Fikir vermə. Borc – səni insanlarla birləşdirən yeganə şeydir
*
Təmənnasız yalan yalan deyil, poeziyadır
*
Yaxşı insan qadınlarla münasibət qura bilmir. Qadınlar əclafları sevirlər, amma hər insan da əclaf ola bilmir
*
Hamı bilir ki, dahinin tanişları olur. Amma kim inanar ki, onun tanişi dahidir?
*
Dahi – adi insanın əbədi (ölümsüz) variantıdır
*
Allahdan əlavə pay istəməzlər
*
Demokratiya nədir? Bəlkə, insanın dövlətlə dialoqudur?
*
Susmaq – böyük qüvvədir. Onu bakterioloji silah kimi qadağan etmək lazım...
*
Sürünməyə yaranan uçmaq istəmir.
*
İstedad – şəhvət hissi kimidir. Gizlətmək olmur. İstedadı simulyasiya etmək daha ağırdır.
*
Yazıçının milliyyətini dil təyin edir - əsərlərin yazıldığı dil.
*
Əsil mərdlik odur ki, həyatın bütün həqiqətlərini bilib, onu sevəsən
*
Fikrin dayazlığı həmfikirlər ordusunu yaradır
Çevirdi: Sima
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder