12 Ağustos 2011 Cuma

Fərhad Metedən bir şeir.

Düz iki il qabaq istedadlı gənc yazar Fərhad Mete avtomobil qəzasında dünyasını dəyişdi....


http://www.azadliq.org


***

görüşdük. gizləndik. iki pilləkən yuxarı qalxdın
öpüşdük. getdin ...
bağırdım, çağırdım, pıçıldadım, dönmədin
adın dilimə yapışdı,
su içmədim, çörək yemədim
qorxdum ki, qanıma qarışarsan
tək qaldım, mübtəla oldum qorxulara
dua etdim qaranlıqlarda
gücüm bircə kəlməyə yetdi
ilahi dedim ...ilahi ...
sonra onlar gəldilər – tanımadığım yad adamlar
boyları boyumdan uca, addımları addımlarımdan iri
hamısı canlı, hamısı diri
qapımı döydülər,
işıqları yandırdılar, bir bütöv çörəyi böldülər
su içirdilər
qorxum, təlaşım çəkildi getdi, pəncərəmi açdılar
onun adını ucadan söylə dedilər
adının hər hərfini bir quş alıb apardı
qalxdılar getmək üçün sonuncu ayaq saxladı və dedi:
“ bir böyük yatağın üstündə iki nəfər -
biri ölər, biri qalar ...“
yatdım, yuxumda çatlamış toxum gördüm
içindən ağac çıxdı, altında quşlar kölgələndi
bir də o adam, yanında su və bir bütöv çörək
gülümsəyək dedi “xoş gəldin ...”

Hiç yorum yok:

Yorum Gönder