28 Ağustos 2011 Pazar

Gecə mesajı (esse)



Zəhləsini tökmüş birisini rədd etmək üçün qız: “Sən mənim tipimdə deyilsən... bağışla. Gəl daha görüşməyək” – dedi.
Səhər telefonunu açarkən, ekranın küncünə yetim uşaq kimi qısılmış sarı mesaj zərfini gördü:
“Bilirdim ki, məni bəyənməyəcəksən... Mən tək sənin deyil, heç kimin tipində deyiləm. Heyif. Sənə bəslədiyim ümidlərin hamısı puç oldu. Mən öyrəşmişəm təkliyə. Təki sən tək qalma. Allah səni xoşbəxt eləsin. Məni özünə yaraşdırmadın... Kaş öləydim, səndən bu sözləri eşitməyəydim.... Amma bilirsən, necə sevinmişdim mənə zəng vuranda - uşaq kimi. Xoşbəxtlikdən uçurdum “Salam, necəsən” sözlərini deyən səsini eşıtcək... Ehh...
Allah mənə rəhmət eləsin”.

Hiç yorum yok:

Yorum Gönder