29 Ağustos 2011 Pazartesi

İç oyunlar



"İç oyunlar" konsepsiyasının müəllifi Timoti Qolvi hesab edir ki, istənilən, hətta ən darıxdırıcı iş inkişaf və öyrənmə məqsədini daşısa, maraqlı olur və insana sevinc gətirir.
Qolvi bildirir ki, insanın iki Məni var. Birinci Mən əmr verir, qiymətləndirir, tənqid edir, tərifləyir, danlayır - bu, cəmiyyətin, müəllimlərin, valideyn və dostların kollektiv səsidir. İkinci Mən isə insanın özüdür. Bu, fitri iç potensialdır, insanın öyrənmə bacarığıdır. Və ən yüksək nəticələr bilirsiz nə zaman əldə edilir? Birinci Mən susanda. Yəni, daxili dialoqda insan özü-özünü danlamasa, özündən bədgüman olmasa, atdığı addımları uğurlu olar.
Bəs birinci Məni necə susdurmalı? Burda əsas məsələ əşya və hadisələri qiymətləndirmədən, onlara yaxşı/pis yanaşmadan, sadəcə olduğu kimi qəbul etmək, anlamaq, dərk etməkdir.

İç oyunlarının düsturu belədir:
Nəticə = Potensial - Müdaxilə.
İç oyunlarının əsas məqsədi potensialın tam açılmasıdır. Xariçi oyunların məqsədi isə daim xarici maneələrin dəf edilməsidir. İnsanın enerjisi bu maneələrlə mübarizədə itir, halbuki sadəcə öz potensialımıza güvənərək mübarizə etmək deyil, öyrənmək lazımdır.
İç oyunlar metodunu istənilən sahədə,istənilən fəaliyyətə tətbiq etmək olar. Əsas odur ki, məşğul olduğun işə diqqətini yönəldəsən, özü də özümüdaxiləsiz.
- nəyi nəzarətdə saxlamaq istəmisiz?
- nə baş verir?
- ilk planda nədir?
- yaranmış vəziyyətdə nə aydındır, nə aydın deyil?

Bu suallara cavab verdikdə, situasiyanı adekvat qiymətləndirib, diqqəti əsas məsələyə yönəltmək mümkündür.




Hiç yorum yok:

Yorum Gönder