Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
5 Temmuz 2011 Salı
Kütlələrin idarəsində altı səviyyə
http://uznai-pravdu.ru
Yüz illlər ərzində cəmiyyətin həyatına diqqət etsək, görərik ki, cəmiyyətə təsir edən müəyyən üsullar var, həmin üsulların şüurlu istifadəsi cəmiyyətin həyatını və ölümünü idarə edir.
İnsanları idarəetmənin üsulları, hərbi dillə desək, təcavüzlər, müharibələrdir ki, bunların da məqsədi hər hansı ölkənin insan, təbiət, enerji və başqa sərvətlərinin ələ keçirilməsidir.
Bir ölkə silah gücünə başqa ölkə tərəfindən işğal oluna bilər. Əgər indi Novosibirsk şəhərinin küçələrində dəbilqəli-avtomatlı “faşistlər” yerləşdirilsə, o zaman hamı anlayacaq ki, işğal edilmiş ölkədə yaşayır. “İşğal” sözünü adi insan şüuru yalnız belə dərk edir. Ən qanlı müharibələr avtomatlar, tanklar, təyyarələrlə aparılır. Bu, altıncı səviyyənin silahıdır.
Lakin “qədim işğalçılar” anlamışlar ki, altıncı səviyyəli silahla hansı ölkəni ələ keçirsən, həmin ölkə sənə cavab verə bilər. O zaman özün də məhv olarsan. Müəyyən edilmişdi ki, işğal olunmuş ölkələrdə qullara çevrilən yerli əhali çox pis, “həvəssiz” işləyir. Ona görə qədim qəsbkarlar məqsədlərini dəyişmədən təcavüz üsullarını təkmilləşdirdilər və başqa ölkənin sərvətlərini ələ keçirməyə başladılar. Beləliklə, beşinci səviyyənin silahı “kəşf edildi” – qırğın (soyqırım) silahı.
Amerika hindularının, başqa ölkələrdə yerli əhalinin başına gətirilənləri xatırlayın. Soyqırımın ən qədim silahı alkohol və narkotiklərdir. Bu sahədə müasir ekstremistlər daha böyük nailiyyətlər əldə etmişlər.
Sonra dördüncü səviyyəli silah kəşf edildi: iqtisadi silah. Zaman baxımından bu silah daha sabit nəticələr verir. “İynəni” ata bilərsən, alkoholdan əl çəkərsən, ya da bu maddələrdən ölüb gedərsən.
O zaman işğalçı gərək yeni rəhbər yetişdirə. Amma bu gün rəhbərə bir az borc pul verərsen, sabah onun uşaqları və nəvələri borclarını ölkənin, xalqın sərvətləri ilə ödəyəcək. Bu da sizə qan tökmədən işğal! Hər şey “mədəni” şəkildə. Ona görə belə aqressiyanı “mədəni əməkdaşlıq” adlandırırlar.
“İynədən” çıxa bilərsən, amma borcu qaytarmaya bilməzsən, çünki maliyyə-kredit sistemi elə qurulmuşdur ki, onun məngənəsindən qopmaq olmur. Bu sistemin əsasını sələmçilik və faizli borclar təşkil edir. Sion-nasist mafiyası tərəfindən dünya miqyasında bütöv ölkələrə və xalqlara tədbiq edilən bu maliyyə-kredit sistemi köləlikdən çıxmağa imkan vermir.
Üçüncü səviyyə ideoloji silahdır. VI,V və IV səviyyələrdə nələrin baş verdiyini xalqın anlamaması üçün “qədim eksteremistlər” müxtəlif ideologiyalar yaratmışlar. İdeologiyalar vasitəsilə insanların şüuru dumanlandırılır. Qədim zamanlarda ekstremistlər insanların Allaha inamından öz məqsədləri üçün istifadə edirdilər – dinlər təcavüzkarların əlində bir silaha çevrilmişdi. Sonra “dünyəvi ideologiyalar” peyda oldu, eləcə də “ideologiyasıqlıq” yarandı (hərçənd ideologiyasızlıq da elə ideologiyanın bir növüdür). Hər halda “pul pul gətirər”, “az miqdarda araq faydalıdır”, “marihuana narkotik deyil”, “kim Marlboro çəkirsə, əsil kovboydur” kimi şüarları çox eşitdik.
İndisə ali prioritetlərdən danışaq.
Birinci prioritet. Bu, kainatda (həmçinin insan cəmiyyətində) baş verən prosesləri fərqləndirməyə, zamanın doğrultduğu dərin ehtimallara imkan verən metodoloji informasiyadır. Yenə də hərbi dillə desək, “vəziyyəti düzgün qiymətləndirmək və düzğün qərarlar qəbul etmək” bacarığıdır. Aydındır ki, kim bunu bacarmırsa, nə düzgün qiymətləndirə bilir, nə də duzgün qərarlar qəbul edir.
İkinci prioritet xronoloji, tarixi informasiyadır. Kimdə bu tip informasiya varsa, o birinci prioritet mövqeyindən bütün proseslərin istiqamətini görə bilir.
Normal intellektual fəaliyyət insan orqanizminin fizioloji proseslərinin normal fəaliyyəti ilə bağlıdır. Normal funksiyanı pozmaqla dünyanın qavrayışı, insanın yaddaşı, təfəkkürü təhrif olunur, odur ki, belə faktorlər aradan qaldırılmalıdır.
Aydındır ki, kim ali prioritetlərlə işləyirsə, qələbə onun tərəfindədir.
İxtisarla çevirdi: Sima Ənnağı
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder