4 Temmuz 2011 Pazartesi

Dayaq.org – Azərbaycanın 1 Nömrəli Ədəbiyyat Saytı



http://www.dayaq.org/index.php?action=static_detail&static_id=57401

Dayaq.org- öz fikirlərini paylaşmaq, uğur qazanmaq, mükəməlləşmək, həyatda yaxşılığa doğru dəyişikliklər etmək istəyən yazarlar üçün saytdır. İnsan maariflənmək, tədricən yetkinləşmək, müdrikliyə can atmaq üçün yaranıb. Əgər o buna nail ola bilmirsə, deməli günah onun özündədir.

Yazar təfəkkürünü artırmaq üçün çalışmalı, öz gələcəyini istədiyi kimi qurmaq üçün səy göstərməli, dayanmadan və davamlı olaraq inkişaf etməlidir. Özü ilə bərabər başqalarının da inkişafına nail olmalı, onların arzularının həyata keçməsinə yardım etməlidir.

Dayaq.org saytında mütəmadi olaraq həyatını mənalı, maraqlı yaşamaq istəyənlər üçün seçilmiş mövzularda materiallar verilir. Onlar əsasən maarifləndirici, istiqamətləndirici funksiya daşıyır. Materiallar həm sayt administrasiyası tərəfindən yaradılır, həm də müxtəlif mənbələrdən seçilir; xüsusən bloggerlərlə əməkdaşlıq etməyə üstünlük verilir. Saytda obyektivliyi tam qorumağa çalışırıq, odur ki bizim məkanda tam sərbəst ab-hava hökm sürür.
Dayaq.org həm də sosial sayt olduğu üçün cəmiyyətin kiçik bir modelini xatırladır. Həyatda yaxşını pisdən ayırmağa çalışan insanlar bu saytda öz fikirlərini yaya bilirlər. Ədalət prinsipini qorumaq üçün əlimizdən gələni edirik. Bu baxımdan, bizim saytı demokratik quruluşa malik onlayn cəmiyyət kimi də xarakterizə etmək olar.

Elmlə maraqlananlar, intellekti yüksək olanlar, təhsil alanlar, əqli qabiliyyətləri ilə hamını heyran etmək istəyən oxucular burda müxtəlif yönlü intellektual informasiya əldə edə, ən maraqlı yeniliklərlə tanış ola bilərlər. O cümlədən, xarici vətəndaşlar üçün rus, türk və ingilis bölmələrimiz də fəaliyyət göstərir.

Biz Professional Oxucu dedikdə həm də öz şəxsi mənəvi keyfiyyətləri ilə seçilməyə, zəngin daxili aləmi ilə fərqlənməyə çalışan insanları nəzərdə tuturuq. Sayta bir-birindən oxunaqlı, intellektual tutumlu, oxucunun daxili aləminə dəyərli naxışlar vura biləcək yazılar gündəlik əlavə edilməkdədir. Gələcəkdə saytımızda Azərbaycan mediası üçün yeni olan, ajiotaj doğuracaq materiallar da görəcəksiniz. Layihələrimizi izləyin!

Gözlərinizi ağrıdaraq oxuduğunuz üçün təşəkkürlər!

rus bölməsinə keçid: http://www.dayaq.org/index.php

Hiç yorum yok:

Yorum Gönder