24 Temmuz 2011 Pazar

Buludlara qalxaq



Buludlara qalxaq.
Qorxma, bir ciğir tanıyıram orda –
Ancaq ikimizə məxsus yol...
Buludlardakı o yolu
Gecələr
Yuxularımla savaşanda,
Darıxanda,
Saat əqrəbləri ilə danışanda
Tapmışam.
Amma səni tapmadım...
Yanımda olarkən də
Sanki uzaq yerdəsən...
Duyğular fərqli,
Dünyalar fərqli...
Bəlkə sən heç yoxsan,
Səni
Uydurmuşam?

iyul, 2011

Hiç yorum yok:

Yorum Gönder