23 Ocak 2012 Pazartesi

Şeirlərimdən



***
Əqrəblər gecəyə addımladı.
Qırmızı fincanda
məxməri çay donub qaldı.
Nəlbəkidə
əsgər kimi sıraya düşülmış
limon dilimləri
büzüşüb qocaldı,
dadı qaçdı
sapsarı limonların...

Külək şüşəyə çırpıldı -
gəlməyəcək.
Gözləmə.

***
Yağışlı-küləkli havada
qızların əllərindəki
rəngli çətirlər
dəcəllik edərək
tərsinə çevrilər,
qızların
gözlərində gizlətdikləri
sirləri
aləmə bəyan edər...

Sima, 2011

Hiç yorum yok:

Yorum Gönder