26 Haziran 2011 Pazar

Öyrəndim


*
Sığınmağa bir çiyin tapmayanda,
bir küncə qısılıb
ağlamağı öyrəndim.

Gecələr
çiyinlərimə çökən
səssizliyin
qara ağırlığına dözərək,
gülümsəməyi öyrəndim.

Öyrəndim
sənsiz,
rəngsiz,
həvəssiz yaşamağı,
gərəksiz münasibətlərlə,
saxta sevgilərlə özümü aldatmağı.

Xeyir kimi gücsüz,
şər kimi qorxulu
oldum hərdən,
qorxdum özüm-özümdən -
sözlərimdən,
hisslərimdən,
dəyişmələrimdən...

Hiç yorum yok:

Yorum Gönder