26 Ocak 2019 Cumartesi

Yazıçılıq fleşmobu

Картинки по запросу писать текст

İngiltərədə yaşayan yazar Oksana Kozlovska yazan qadınları "Yazıçılıq fleşmobu" adlı baglı FB qrupunda toplayaraq, bir aylıq yazı marafonu təşkil etmişdir, mən də iştirak edirəm. Oksana əvvəlcə yazı texnikasına aid "Yazıram və nəşr edirəm" qısa marafonu təşkil etmişdi, təsadüf nəticəsində mən o marafonu aşkar edib ona qatılmışdım. Bu layihə uğurlu olduğuna görə, Oksana bir aylıq marafon təşkil edib, fəal yazarları orda cəmləyib. Təxminən 16-18 yazardır, cəmi 2 kişi iştirak edir, qalanları qadınlardır. Bu arada rus dilini yaxşı bildiyimə çox sevinirəm, çünki FB-də və digər sosial şəbəkələrdə rusdillilərin maraqlı layihələrinə qatılaraq yeni nəsə öyrənə bilirəm.
Artıq yazı marafonunun ikinci həftəsi bitir, görək sona neçə nəfər gedib çatacaqdır. Hər gün verilən mövzuya aid yazı yazmaq, hələki mənə asandır - bu bir yazı treninqidir, hər gün yazı yazmaq vərdişini yaratmaqdır ki, mənim kimi tənbəlləri bir az yerindən tərpətsin)))))
Yazıçılıq fleşmobunda biz həm tapşırıqları yerinə yetirir, həm də bütün iştirakçıların mətnlərini oxuyub rəy bildiririk, deyim ki, iştirakçılar arasında peşəkar jurnalist ya yazar azdır, lakin hamı savadlı və maraqlı mətnlər yazır. Gerçəkliyin bütün çətinliklərinə rəğmən insanların yazmaq, fikir və duyğuları ilə bölüşmək istəyi alqışlanmalıdır.
Bu arada rusdilli İnternet "Necə maraqlı mətn yazmalı", "Satılan mətnləri necə yazmalı", "Gənc yazarlara məsləhətlər", "Müştərini cəlb edən mətnlər", "Sayt üçün mətnlər necə yazılır", hətta "sosial şəbəkələr üçün mətn şablonları" kimi alətlərlə doludur. Amma bir var kiminsə mətnini oxuyub məlumatlanasan, bir də var - özün həmin mətnlərin necə yarandığını on-layn rejimdə görəsən və özün də yazasan...




Hiç yorum yok:

Yorum Gönder