HƏYAT
Uşaq
doğuldu
Sərhədsiz peyzajın əhatəsində.
Yarım
əsr sonra
Müharibədə
öldürüldü.
İndi
kim xatırlayır ki,
Bir
vaxtlar o uşaq
Alma
dolu ağır kisəni
Astanada
qoymuşdu,
Almalar
tökülüb
Yerdə
diyirlənmişdi,
Onların
xışıltısı
Qayğısız
quşların oxuduğu
Dünyanın
səsinə qarışmışdı...
SİRR
Həyatın
məxməri sirri,
Nəsən,
Harada
gizlənirsən?
Bəzən
Gərgin
şəhərdə
Qəfildən
Tikinti
iskələsindən
Fağır
bir fəhlə yıxılır.
Amma
bahar havasında
Yenə
də yasəmən ətri var.
Dərin
hüzn gözəl bədəndə yer alır.
Heyvan
Insanların
tikdiyi yuvada yuxulayır.
Günlər
yavaş-yavaş bitir...
Müharibələr
tükənmir.
YER KÜRƏSİNİ FƏTH ETMƏK
Adam
Paslı beli və sınıq dırmığı tərk
edib.
Heyvanların iziylə dolu xiyabanı
Daha abadlaşdırmayacaqlar.
Uşaq
Tunc dayaqlı qlobusu gətirib
Tutqun dağların səmtinə asta-asta
fırladır.
Payız küləyi
Onun əllərini xəfifcə bürüyür,
Uşaq həmən gözlərini yumur
Qırmızı quru toz qalxdıqca...
AÇILMIŞ QAYTANI BAĞLAMAQ
Alatoranlıq
Qalın buludlarla oynayanda
Otların istisi
Tüstülənir.
Dərələr güllərlə dolur.
Hələ işıq varkən
Boz köynəkli uşaq
Dizinə dirənərək
Tənbəlliksiz həyatını yaşamaqla
Tamamilə səfehsizliklə
Açılmış qaytanını bağlasın.
Tərcümə: Sima Ənnağı
Hiç yorum yok:
Yorum Gönder