Bu uşaq dövrünün qanunsuz plansız fərdidir,
Həyatı və ölümüylə günbəgün əlləşir,
Bəlkə yaxşı insan deyil,
Bəlkə də pisdir –
Amma onun da ürəyi hiss edir.
Zamanı zalım misralarla qamçılayır,
Çəkir, içir, macəralara qatlanır,
Içindəki nuru paylamaq istəyir qara dünyaya,
Rəqəmsallaşmış insanlara.
Arzularıyla yuxuya gedir,
Ümidləriylə oyanır.
Sevəndə, dərisini cırıb atır,
Ürəyini caynaqlarıyla qoparır.
Asimana tuşlayır gözlərini,
Axtarır o ümmanlarda cavabları.
Fərqli bir uşaqdır
Bu tin uşağı.

Hiç yorum yok:
Yorum Gönder