Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
20 Eylül 2012 Perşembe
Bill Geytsin yuxarı sinif şagirdlərinə 11 məsləhəti
Bill Geyts deyib ki, bu məsləhətləri
şagirdlər məktəbdə heç vaxt eşitməyəcəklər, çünki məktəb belə şeyləri öyrətmir.
2. Sənin özünüduyman və
özünəhörmətin dünyanın vecinə deyil. Dünya səndən müəyyən nailiyyəti gözləyir - yalnız bundan sonra sənin ləyaqət hissin
nəzərə alınacaq.
3. İnandırıcı deyil ki,
məktəbi bitirən kimi sən ildə 40 min alacaqsan. Sən şirkətin vise-prezidenti
olmayacaqsan, öz şəxsi sürücünlə limuzində gəzməyəcəksən – bütün bunları
qazanmaq lazımdır.
4. Əgər düşünürsən ki,
müəllim sənə qarşı qərəzli və tələbkardır – öz müdirinlə tanışlığı gözlə.
Müəllimdən fərqli olaraq, müdirin vəzifəsi sənə verilən tapşırıqların yerinə
yetirilməsinin keyfiyyətindən asılıdır.
5. Makdonaldsda kartof
qızartmaq sənin ləyaqətini alçaltmır. Sənin əcdadların istənilən işi yaxşı şans sayırdılar.
6. Hər uğursuzluğunda öz
valideynlərini günahlandırmağa tələsmə. Ağlayıb-sızlama, səhvlərindən nəsə
öyrən.
7. Sən doğulana qədər
valideynlərin sənin hesab etdiyin kimi darıxdırıcı və maraqsız insanlar
deyildilər. Onlar sənin qayğısız uşaqlığını təmin edərkən, pal-paltarını
yuyarkən, sənin lovğalıqlarına qulaq asarkən maraqsiz insan olmuşlar. Odur ki,
valideynlərinin acgöz nəsli tərəfindən məhv edilən Amazonka meşələrini xilas
etməyə getməzdən əvvəl, heç olmasa öz otağını səliqəyə sal.
8. Sənin məktəbində
şagirdləri qaliblərə və uğursuzlara bölməsələr də, həyat bölür. Məktəbdə eyni
sınaqdan dəfələrlə keçməyə icazə ola bilər, həyat sənə bu şansı vermir.
9. Həyat semestrlərə
bölünmür, onda yay tətilləri də olmur, və çox az adam var ki, sənə öz “Mənini”
tapmağa kömək etmək istəyir. Bunu sən öz şəxsi vaxtının hesabına etməlisən.
10. Gerçək həyatla televizorda gördüyünü
qarışdırma. İnsanlar həyatlarının
çox hissəsini restoranda deyil, iş yerində keçirirlər.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder