23 Ocak 2010 Cumartesi

OŞO deyir ki...


***
Bəzi şeylər yalnız reallıqla poetik əlaqədə açılır, bunu isə yalnız şairlər bilir.
Şairi avam sayırlar, hesab edirlər ki, o, həyatda yerini tapa bilmir, yaşamağın qaydasından xəbərsizdir. Şair heç vaxt nə böyük pullar qazana bilir, nə də hakimiyyət. Onun zənginliyi başqa sahədədir.

Şair hesab edir ki, sevgi var, hesab edir ki, Allah var. Həyatda kiçik şeylərdən zövq ala biləcək qədər sadəlövh olan insan anlaya bilir ki, Allah mövcuddur, çünki Tanrı xırdalıqlarda özünü biruzə verir - o, yediyimiz ərzaqlarda, getdiyimiz yollardadır. Allah sevgidədir - sizin sevgilinizə duyduğunuz sevgidə, dostluqda, əlaqəniz olduğu insanda... Allah kilsələrdə deyil. Kilsələr poeziya ilə deyil, siyasətlə məşğuldur.

Qoy hər birinizin içində poeziya olsun, bunun üçün sevgidən yoğrulmuş daxili təməl, kifayət qədər mətinlik lazımdır ki, bu dünyada sadəlövh qalasan, amma için poetik olsun. Poetiklik - şeir yazmaq demık deyil; poetiklik şeir yazmağın kiçik bir hissəsidir. Bir misralıq şeir yazmamaş adam da şair ola bilər. Ya da minlərlə şeir yazar, amma şair olmaz.

Şair olmaq həyat tərzidir. Bu, həyatı sevmək, ona səcdə etmək, ürəyindən gələn hisslə həyata bağlanmaq deməkdir.

3 yorum:

  1. Yazıları çox gözəl və mənalı seçirsən, Sima..Mən şairi heç vaxt avam saymıram, əksinə..Oşonun fikirləri həmişə maraqlıdır.

    YanıtlaSil
  2. "Allah sevgidədir - sizin sevgilinizə duyduğunuz sevgidə, dostluqda,əlaqəniz olduğu insanda..."

    Oşodan gözəl seçiminə görə, təşəkkür,Sima !

    YanıtlaSil