Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
20 Ocak 2010 Çarşamba
OŞO-dan kiçik bir tövsiyə
***
İnsanlar deyirlər ki, xoşbəxt olmaq istəyirlər, əslində isə onlar bunu istəmirlər. Onlar özlərini xoşbəxtlikdə itirməkdən qorxurlar.
Nəyi isə tam dərk edəndə, siz ondan ayrı olursuz; əgər xoşbəxtsinizsə, siz ayrısız, xoşbəxtlik - ayrı. Deməli, həqiqi mənada xoşbəxt olmaq - xoşbəxtliyin özü olmaqdır, "xoşbəxt olmaq" demək deyil. Siz sanki əriyirsiz, tədricən itirsiz. Bədbəxt olanda, siz həddən artıq çox olursuz. Bədbəxt insanın diqqətində yalnız öz Eqosudur. Ona görə eqoist adamlar bədbəxtdir, bədbəxtlər isə eqoistdir. Bu, əlaqəlidir.
Eqoist olmaq istəyirsinizsə, bədbəxt olmalısınız. Bədbəxtlik fonunda Eqo aydın, tam olaraq özünü göstərir. Xoşbəxt olduqca, adamın özündən daha az qalır, ona görə insanlar xoşbəxt olmaq istəsələr də, bundan çəkinirlər, xoşbəxt olmaq istəmirlər. Onlar xoşbəxtlikdə özlərini itirməkdən qorxurlar, çünki Eqo və xoşbəxtlik birgə ola bilməz. Xoşbəxt olduqca, sizin özünüzdən bir az azalır və elə an gəlir ki, siz tamam yox olursuz, yalnız xoşbəxtlik qalır.
Kaydol:
Kayıt Yorumları (Atom)
Yeni bloqun mübarək, Sima !!! Bloq başlığındakı və şəkilaltı yazıların seçimi çox mənalı və gözəldir...Uğurlar...!!
YanıtlaSilBəli, çalışaq ki, EQO-suz yaşayaq !...
Xoş gördük, Sima xanım. Yeni bloqunuz mübarək olsun! İnanıram ki, bu da əvvəlki tək maraqlı və rəngarəng olacaq...
YanıtlaSil