*
4 il bundan qabaq anamı itirmişəm.
*
Əmimi, ondan öncə sevdiyimi həmişəlik itirmişəm.
*
Atamı, bir il sonra bacımı, 5 il sonra anamı itirmişəm.
*
Atamı itirəndə, həyat dayandı, sanmışdım.
*
Anamı itirdim, iki əlil qardaşım qaldı ortalıqda.
*
Atamı itirdim, 8 aydı inanmağım gəlmir hələ.
*
Anamı itirdim, dəfninə çatmadım, hələ də elə bilirəm ki, hardasa qarşıma çıxacaq, sən gəldin, deyəcək...
*
9 yaşlı uşağımın qan xərçəngi olduğunu bildim, həyat daha bir zərbə vurdu mənə.
*
Təxminən bir il əvvəl özümü itirmişdim, başqa birisiydim, bu zaman ərzində ən saf hisslərim heyif oldu, artıq həyata başqa cür yanaşıram, həyat mənim üçün davam edir.
*
3 il əvvəl həyatımın 14 ilini itirdiyimi anladım.
*
10 yaşım vardı, atama çox bağlı idim, gözümün qabağında xəstəxanaya apardılar, geri sağ dönmədi.
*
Atamı, anamı, qardaşlarımı, qohumlarımı itirdim, sonda hər şeyimi - canımı, qanımı, həyatımı, hər şeyimi, hərşeyim həyat yoldaşımı gənc yaşlarında itirdim. Bu zaman həyat bitdi mənümçün, dedim, amma bitmədi... Daha dözümlü oldum, çünki 3 yadigarı qalmışdı mənə, onları böyütməli idim...
*
Uşaqkən bibimə verildim. Beş yaşımda anam bildiyim bibim öldü,nənəm böyütdü məni. Sonra əsil ata-anamı tanıdım, onları da itirdim, nişanlandım - itirdim, şəhid oldu. Bacımı avtomobil qəzasında itirdim. Həyat nə qədər mənə zərbələr vurmuş...
*
7 yaşım olanda, böyük qardaşımı itirdim, 40 il keçib üstündən, hələ də o gün gözümün qabağındadır.
*
Özümdən kiçik qardaşımla əsirlikdə bir həftə qaldıq, 1990-cı ildə...
Hiç yorum yok:
Yorum Gönder