(məqalədən
seçmə fikirlər)
Postmodernizmdən
öncəki tarixi dönəmlərdə olurdu ki, çirkinliyə mənfi baxış birdən-birə zəifləyirdi.
Ancaq
bütün hallarda bu orijinalliq mədəniyyətdə
periferik, marginal qalırdı. Postmodernizmdə isə artıq periferiyaya sıxışdırılası olaylar yoxdur.
Bir də
deyirəm, yasaq olunanların birdən sənətə, davranışa buraxılması həmişə olub.
İndi isə, yəni postmodernizm dönəmində
bu, adi hala çevrilib.
Öncəki mədəniyyət tiplərində düz və yanlış vardı. Düzə substansionallıqla yaxşı bağlanmışdı, o birisinə - yaman.
İndi
yaxşı və yamandan substansionallıq alınıb, yəni onlar heç bir maddi, möhkəm
korpusa bağladılmayıb, ona görə də hər nəsnə yaxşıya və pisə çevrilə bilər.
Azərbaycan
modernizminin də, Azərbaycan postmodernizminin də bir əskikliyi deyilməlidir –
onların bizə doğmalığı bədən qaşınması kimi olmayıb. Onlar başqa dünyadan yaxşı nailiyyətlərin götürülməsidir.
Elə ədəbiyyat
var ki, gücünü “nəyəsə qarşı olmaqdan” alır.
Postmodernist
tekstlərdə nəyəsə qarşı olmaq tekstin mərkəzi deyil. Burda ona qarşı olur, orada – ona qarşı.
Postmodernist
tekstlər dünyada nəyə toxunursa,
semantik bolluq yaradır. Rafiq
Tağıda bu güclü idi, hərçənd semantik bolluq mərkəzdə nüvəyə çevrilmiş qəzəbdən
doğurdu.
Bir
gürcü teatrşünasından eşitdiyimi deyim: ağıllı düşünüş başqalarının düşüncələri
ilə düşünmək bacarığıdır. Cürbəcürlüyə iddialı tekstdə sitatlar, bax, bu
funksiyanı yerinə yetirir.
Çağımızın
multikulturalizmi postmodernizmin “salat” tekstlərinə çox doğmadır.
Postmodernizm
bu eklektikanın “salatını” yüksək mətn texnologiyasına çevirib.
N.Mehdinin “Postmodernizmin “nəliyi” və “necəliyi”
haqqında postmodernist söhbətin” tam mətni ilə “Ədəbiyyat qəzetinin” 11.02.2017-ci il
tarixli buraxılışında tanış ola bilərsiniz.
Hiç yorum yok:
Yorum Gönder