
Həyat ağacına necə çıxmalı, özünə necə daş atmalı və
yerə düşərkən, boynunu necə sındırmamalı və ruhdan necə düşməməli. Adı kitabın
özündən uzun olan ön söz.
Bəzən mən, doqquz yaşımda olarkən, tələyə düşməmək
və ələ keçməmək bacarığımı xatırlayıb, yaxşı mənada sarsılıram.
1929-cu ildə, 4-cü sinifdə oxuyan oğlan uşağı məktəb
dostlarının istehzasına görə necə oldu
ki, Bak Rocersli komiksləri cırdı, bir ay sonra isə anladı ki, dostları geri
qalmış adamlardı, və yenidən kolleksiya yığmağa başladı?
Bu güc və düşüncə hardan peyda olmuşdu? O zaman
yaşadığım hansı həyəcanlar “mən sanki ölüyəm” demək cəsarətini verdi? Məni kim
öldürürdü? Nədən iztirab çəkirəm? Və necə sağalım?
Şübhəsiz, bu suallara cavab vardı. Mən xəstəliyimi
aşkar etdim: öz əllərimlə komiksləri çırdım. Sonra dərman tapdım – heç nəyi
vecimə almadan yenidən kolleksiya yığmağa başladım.
Belə etdim. Və sağaldım. Müqavimət üçün gücü, həyatımı
dəyişdirmək və hamı kimi olmamaq üçün iradəni hardan tapmışdım?