"Bədii ədəbiyyat və jurnalistika fəndləri və parlaqlığı ilə deyil, məqsədləri ilə fərqlənir. Jurnalistikanın məqsədi - gerçəkliyin araşdırılması, dərkidir. Prozanın (nəsrin) məqsədi - gerçəklikdən estetik müdafiədir, poeziyadır, gözəllikdir".
Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
30 Ağustos 2018 Perşembe
28 Ağustos 2018 Salı
*** (şeir)
Gicgahımı yandıran günəş,
Ayaqlarımdan qaçan kölgələr,
Addımlar.
Tappıltı.
Ovcuma süzülən göz yaşları.
Boğazımda kilidlənmiş səslər.
Ürəyimin nataraz döyüntüsü.
Duyğuların fırtınası.
Və
Qəfil sənsizlik.
Sima
27 Ağustos 2018 Pazartesi
Coşqulu dəniz (şeir)

Dənizi sevirəm.
Soyuq su üstümə çilənəndə,
Dalğalar xışıltıyla ayaqlarıma şığıyanda
Qorxmuram ki...
Qollarımı geniş açıb
Asimanı, günəşi,
Bu dənizi
Gucmaq istərəm -
E-he-he-heyyyy!
Səsim buludlara çatırmı?
Beynimdə qaynayan fikirlər
Dənizə xoş gəlmir,
Acı xatirələrimi silmək üçün
Dalğalar üstümə kükrəyir,
Aşıb-daşır,
Köpüklənərək, uzaqlaşır...
İnanıram, bir gün
Qırılmış ümidlərimi
Özünü doğrultmayan gözləntilərimi
Yeniləyəcəm,
Və yenə də dənizin yanına gələcəm –
Dəli dalğaların qoynuna.
E-he-he-heyyyy...
Sima
Yırtıcı fikirlər (şeir)

Bilirsən,
Bəzən beynimdə qaynaşan fikirlər
Yırtıcı heyvan kimidir,
Gərək kilidləyəsən onları
Ki, coşub
Xəsarət yetirməsin.
Gecələr
Fikirlər
Vəhşi caynaqlarını yonaraq
Beynimi cırmaqlayır,
Mənə hakim olmaq istəyir -
Hakim və həkim.
Mən isə
Qamçıyla vurub
“Alle-hooop!” qışqırıb
Fikirləri
Əhliləşdirirəm
Hər gecə...
Sima
26 Ağustos 2018 Pazar
Kıracdan möhtəşəm bir şarkı. "Razısan, gəl mənimlə"...
https://www.youtube.com/watch?v=Hq9qU2kY1Hg
Eski bir gelinliğe bir bakır bileziğe
Annemden kalan bu yüzüğe
Razıysan gel benimle
Bir tanırım var bir gitarım
Şu dünyada yapyalnızım
Yarınımdan umutsuzum
Razıysan gel benimle
Bir lokma ekmeğe
Bir yudum su içmeye
Yine de şükretmeye
Razıysan gel benimle
Bir tanrım var bir gitarım
Şu dünyada yapyalnızım
Yarınımdan umutsuzum
Razıysan gel benimle
Bazen aç bazen susuzluk
Razıysan gel benimle
"Mətbəx yazıları" silsiləsindən

Artıq hər birimiz real insan olmaqla yanaşı, həm də virtual bir varlığıq. Zaman keçdikcə, reallıqdan imtina edib, tam virtual olmaq təhlükəsi varmı? Bu fikir zaman-zaman ağlıma gəlir... Özümlə əlaqələndirmirəm, hərçənd virtual ünsiyyəti, virtual gəzişməni, mütaliəni və s. daha çox sevmişəm - amma mənə görünən budur ki, gerçəkliyin çətinliyindən, ətrafdakı insanlarla anlaşma nöqtəsini tapmamaqdan, və s. səbəblərdən qaçaraq, virtualda təklənən insanların sayı artmaqdadır. Cismani tək, amma virtual dünyada minlərlə dostla... Bu, mənə plasebo effektini xatırladır - xəstəyə əsil dərman deyil, əhəmiyyətsiz bir "dərman" verirlər, xəstə də dərmanın effektivliyinə inanaraq, məhz özünün inam və inanc gücü ilə sağalır; yəni, əslində neytral olan, amma xəstənin daxili inamı ilə "sağaldıcı" effektlə yükləndirilən bir vasitə.
Yaponiyada tənha qocaların ölümündən sonra onlardan miras qalmış əşyalar xüsusi şirkətlər tərəfindən daşınıb ucuz satılır - bu əşyalara sahib çıxan kimsə olmur, çünki varislər yoxdur. İndi belə biznes şirkət sahiblərinə milyardlar qazandırır, axı bu əşyalar adi istehlakçı baxımından dəyərsizdir - köhnə kitablar, tozlanmış fotolar, nimdaş paltarlar, rəngi siyrilmiş qazan-quzan kimə lazımdır axı... Halbuki, bu əşyaların sahibi həmin kitabı oxuyarkən, həmin qazanda yemək bişirərkən, bəlkə də həmən an xoşbəxt idi...
Sima, avqust, 2018
23 Ağustos 2018 Perşembe
"Mətbəx yazıları" silsiləsindən

Nə vaxtdan bəri müşahidəçi olmuşam. Sanki həyat məndən kənarda gurlayır, axır, qaçır, keçir. Kənarlaşmanın səbəbini öz ruhsal durumumda görürəm, amma hələlik bu komfort müşahidəçi zonasından çıxmaq üçün bir təkana, təpiyə, dümsüklənməyə, diksinib ayılmağa ehtiyac görmürəm. Psixoloqlar bunu nevrotik vəziyyətlə izah edirlər, amma mən bunu sadəcə"yığım" adlandırıram - hadisələri, hissləri, qarşılaşdığım insanları, oxuduğum yazıları beynimin gizli bir guşəsinə "yığıram", zamanı çatanda yaddaş sandığından onları çıxarıb, yazılarıma hopduracam.
Mənim daxili və zahiri (kənar) zaman duyumum bir-birindən fərqlənir - bunu təzə kəşf etmişəm özümdə. Daxili zamanım sürətlidir, qaçaraqdır, zahirdə isə çox ləng, tələskən olmayandır, sanki bir dəqiqəmə 10 dəqiqə sığmışdır. Bəlkə də zamanların ziddiyəti ucbatından elə bir yerdə daban döyürəm - nə irəli gedirəm, nə geri, ona görə ancaq "yığmaqla" məşğulam :)
Valeri Mixalisın. Ətirli ədəbiyyat (ətirlər bədii ədəbiyyatda)

Tərcüməçidən: İnternetdə gəzişərkən, təsadüfən (bilirsiniz də, ən
yaxşı nələrisə təsadüfən əldə edirik J) ətirlərə və müasir əttarlara həsr edilmiş bir səhifəyə
gəlib çıxdım. Ətirləri sevdiyimdəm (hansı qadın ətir sevməz ki?), səhifədə yerləşdirilmiş
yazılara ötəri nəzər salarkən, rus əttarı, əttarlıq icmalçısı Valeri Mixalisını
kəşf etdim. Bu gənc adam həm özünün ətir biznesini qurmuş, həm də ətirlər, əttarlıq
haqqında xeyli yazılar yazmışdır, və
yazmaqdadır. Onun ətirlər və ədəbiyyatla bağlı
yazısını müəyyən ixtisarlarla təqdim edirəm.
26 Ekim 2017 Perşembe
Orxan Fikrətoğlu. "Yazı yazılmayanda" yazısından :)))))
Seçmə aforizmlər
- yük qatarı kimi icim yüklüdü;
- qabaq acı sözü də şirin söz kimi həzm edə bilirdim. İndi şirin söz belə mənə acı gəlir;
- dəymiş xurma kimisən, əl vursam, budaqdan yerə düşəcəksən;
- fikrini mənə kişi kimi çatdır;
- yadlaşmaq asan deyil. Doğmalara yad olmaq səndən güc tələb edir;
- səhər açılan kimi gecə düşür;
- külfətimin əsiriyəm, miniblər belimə;
- elə düşünürlər ki, tramvay kimi relsdən çıxan deyiləm;
- adi, evdar kiçik qəhrəman!
- uşaqlarının onun dəvə olmasından xəbəri belə yoxdur;
- elə insanlar var ki, onlar sənin ömrünə düzəlişlər etsin deyə gəlirlər;
- uşağın adını nənəsi qoymuşdu. Ona görə də qocaydı;
- insan qurda ikiüzlü olmadığı üçün hörmət edir;
- insan dünyada yaşayım deyən gündən aciz olub;
- mən qurd kimi ölümü tanısam da, insan kimi ondan qorxuram;
- mətn insanı dəyişmir, duruldur. İçini yuyur...
(tam mətn: Ədəbiyyat qəzeti, 07.10.2017)
NARGİS-dən çox lirik bir payız essesi. "Sen"tyabr tənhalığı
"Ədəbiyyat" qəzeti, 07.10.2017

Gözlərimizi uzaqlara zilləyib gəlməyini gözləmək kimidir çox vaxt həyat.
Bir fincan qəhvə hazırlayıb, kofein dadında "sən"tyabr sübhündən boylanıram yenə keçmişə.
Bütün gələcəklər yenə keçmiş rəngindədir. Bütün keçmişlər isə günahkardır.
Sənlə dolu xoşbəxtliklərimin yaşandığı keçmişlər bir az qaranlıqdır, bir az da bədbəxtdir, əzizim.
Təcrid olunmuş sevgilər sahibsiz və yarımçıq qalmağa məhkummuş.
Öyrəndim artıq...
Yenə bir "sən"tyabr başladı ömür səhifəmdə. Yenə solacaq çiçəklər, töküləcək bütün yarpaqlarımız. Çılpaq ağac tək güclü görünməyə çaslışacağıq, çılpaq ağac tək ümidli...
Bütün sentyabrlar kimi bu sentyabr da solğun sənlərlə dolub-daşacaq.
Qəhvə qoxusu hopmuş xatirələrdə yaşayırsan, əzizim.
Nimdaş mənsizliklərimdə bir ovuc peşmanlıq qırıntıcı.
Mən sarılıb peşmanlıqlarıma, özümü həbs edirəm bir vaxt sən dolu otağıma.
Mənim monoton təkliklərim, sənin neologizmlərlə dolu xoşbəxtliklərin...
İroniyalarla dolu qəhqəhələrimi unuduram köhnə kitab rəfində...
Geyinib yolka rəngində yağmurluğumu.
Açmadan çətirimi.
Addımlayıram neft qoxuyan şəhərin gülümsəməyən insanlarının gəzişdiyi küçələrdə...
Bu "sən"tyabrın nə istədiyini bilməyən şımarıq yağışlarında unutmaq istəyirəm ikimizi...
Nifrət etmək istəyirəm,
yaşanan bütün yarımçıqlıqlarımıza...
Gözlərimizi uzaqlara zilləyib gəlməyini gözləmək kimidir çox vaxt həyat.
Bir fincan qəhvə hazırlayıb, kofein dadında "sən"tyabr sübhündən boylanıram yenə keçmişə.
Bütün gələcəklər yenə keçmiş rəngindədir. Bütün keçmişlər isə günahkardır.
Sənlə dolu xoşbəxtliklərimin yaşandığı keçmişlər bir az qaranlıqdır, bir az da bədbəxtdir, əzizim.
Təcrid olunmuş sevgilər sahibsiz və yarımçıq qalmağa məhkummuş.
Öyrəndim artıq...
Yenə bir "sən"tyabr başladı ömür səhifəmdə. Yenə solacaq çiçəklər, töküləcək bütün yarpaqlarımız. Çılpaq ağac tək güclü görünməyə çaslışacağıq, çılpaq ağac tək ümidli...
Bütün sentyabrlar kimi bu sentyabr da solğun sənlərlə dolub-daşacaq.
Qəhvə qoxusu hopmuş xatirələrdə yaşayırsan, əzizim.
Nimdaş mənsizliklərimdə bir ovuc peşmanlıq qırıntıcı.
Mən sarılıb peşmanlıqlarıma, özümü həbs edirəm bir vaxt sən dolu otağıma.
Mənim monoton təkliklərim, sənin neologizmlərlə dolu xoşbəxtliklərin...
İroniyalarla dolu qəhqəhələrimi unuduram köhnə kitab rəfində...
Geyinib yolka rəngində yağmurluğumu.
Açmadan çətirimi.
Addımlayıram neft qoxuyan şəhərin gülümsəməyən insanlarının gəzişdiyi küçələrdə...
Bu "sən"tyabrın nə istədiyini bilməyən şımarıq yağışlarında unutmaq istəyirəm ikimizi...
Nifrət etmək istəyirəm,
yaşanan bütün yarımçıqlıqlarımıza...
Kaydol:
Kayıtlar (Atom)