11 Temmuz 2026 Cumartesi

Tərcümələrimdən. Katya Marinova (Bolqarıstan)

 https://literaturensviat.com/?p=213266


UŞAQLIQ – ÇÖP ÜSTÜNDƏ ŞİRİNQUŞ KÜLƏK

Uşaqlıq – çöp üstündə  şirinquş  külək

Tez-tez qonaq gəlir yuxuma.

Geniş bir  küçədə deyil,

Sakit, balaca  döngədə

Qaçır kəpənəklərin arxasınca.


Bir neçə bulud qonur

Pətəklərin rəngli gülüşünə,

Gülüşü qapıb gizlənir buludlar,

Gizlən-qaç oynayır küləklə,

bilmir ki, yuxum  buludlarla örtülür.

 

Uşaqlıq – çöp üstündə şirinquş külək,

Bir neçə bulud, nənəm babamla -

köhnə sobadakı köz kimi xatirələrdə canlanır,

yuxularımda qorunur unudulmaqdan...