ingilis poeziyası etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
ingilis poeziyası etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

21 Temmuz 2026 Salı

Tərcümələrimdən: Bert Leston Teylor (1866-1921). Harasa aparan o yol

 http://eng-poetry.ru/PoemE.php?PoemId=27480

 



Dərin və qaranlıq yerlərdən keçib,

Quru, çılpaqlaşmış yerlərdən ötüb,

Uzanır dünyanın tam sərhədinə  

Harasa aparan  o yol.

 

Şərq elə şərqdir, qərb elə qərbdir,

Şimal isə yerləşir onların arasında.

O kəs xöşbəxtdir ki, ayağı dəyib

O sərin, yamyaşıl olan o yola. 

 

Yolların yoludur hər kəsə o yol,

Kim ki, cürət edib gedər həvəslə,

Orada heyvanlar hey bir iz salar,

Budaqları qırıb bir cığır açar.

 

Gur dolaşıq kolların saxladığı sirr,

Qarşımızda addım-addım açılar,

Otlar və yarpaqlar gün şüasında

Xoş ətirlərini hər yerə yayar. 

 

Günəşdə bu ətir daha şirindir

Kimyagər küpündən qalxan qoxudan.

Bu ətirlə dolu gün qurtaranda

Hər gecə ulduzlar axar səmadan.

 

Ah, şərq elə şərqdir, qərb də ki, qərbdir,

Və şimal uzanır orda füsunkar.

Nə xoşbəxtdir insan, azad addımda,

Harasa aparan o yolda.

Sima

12 Haziran 2012 Salı

Riçard Makkeyn (1947). İlham Pərim



Səlim Babullaoğlunun tərcüməsində


İlham Pərimi gerçəkdən əyləndirmək istəsəydim -
Əlbəttə, sözlərlə indikitək oynamağı bir yana buraxıb -
Ya bir komediya, yaxud bir faciə qoyardım ortaya,
Uzaqbaşı bir dəftər əyazma, ya bir email, ya da ki, bir vərəq.

Hardasa qara sayıla biləcək, xallı,
               tünd lacivərd geyimləri var onun,
Yanıma gəlir kafedəki masaya,
Ağız-ağıza öpüşür və yenə birlikdə
işləməyə dönürük - Qabilin Habili öldürməsindən
əvvəlki dünyaya.

İlham Pərinə həyat verməkçün yazırsan,
- Sən mənimçün əsla o bəlli qafiyələr olmayacaqsan,
xoşbəxtliyə-bədbəxtliyə gəlincə isə,
zamanın içində də,
                çölündə də mənimlə bərabər yaşayacaqsan.

Saçlarıma dən düşüb, səninki tünd şabalıdıdır.
Heç kimi vecimizə almadan birlkdə gözəlliyi axtarırıq...

"525-ci qəzet",  N 101, 09.06.2012