İnternet
ümmanında gəzişərkən, Amerika şairi
Emili Dikinsona (Emily Dickinson) aid
bir neçə şeir diqqətimi çəkdi.
Emili
Dikinson (1830–1886) dünya ədəbiyyatı tarixinin ən qeyri-adi və sirli
simalarından biridir. Sağlığında cəmi bir neçə şeiri (onlar da redaktorlar tərəfindən
ciddi dəyişikliklərə məruz qalaraq) çap olunsa da, ölümündən sonra tapılan
1800-ə yaxın şeiri poeziyada inqilab etdi. Dikinsonun poeziyası öz dövrü üçün
çox "modern" və qəribə idi:
Defis (tire) işarəsi: Onun demək olar ki, hər misrasında rast gəlinən
qısa və uzun tirelər şeirin ritmini kəsir, oxucunu düşünməyə və nəfəs almağa məcbur
edir.
Böyük hərflər: O, təkcə xüsusi isimləri deyil, vacib hesab etdiyi
bir çox sözü (məsələn, Dəniz, Ölüm, Ruh) cümlənin ortasında böyük hərflə
yazırdı.
Qısalıq və Yığcamlıq: Şeirləri adətən qısadır, lakin hər söz çox böyük məna
yükü daşıyır. O, "minimalizm"in ustadıdır.
Emili
Dikinson nə Qafqazda olub, nə Xəzəri görüb, onun 212, 1754 və 1146 saylı şeirlərində isə "Caspian" (Xəzər) adından bir
neçə dəfə metafor kimi istifadə edilib.
Emili ömrünün
son 20 ilini evdən çıxmadan keçirib.
Ağ
paltar geyinməyi sevirmiş.
Şeirlərini
kiçik kağız parçalarına, zərflərin arxasına yazıb, sonra onları tikərək əlyazma
kitabçaları düzəldirdi.
Nəticə
etibarilə, Emili Dikinson "səssizliyin səsi" idi. O, böyük hadisələr
haqqında deyil, bir anın, bir hissin və ya bir düşüncənin sonsuzluğu haqqında
yazırdı.
Onun
yaradıcılığında Xəzər (Caspian) adının keçdiyi konkret nümunələrə baxaq:
1.
Sevgiyə təslimiyyət haqqında (şeir № 212)
Emily
Dikinsonun "My River runs to thee" (“Çayım sənə axır”) şeirinin son sətirlərində
şairə digər çayların dənizlərə itaət etdiyi halda, özünün yalnız sevdiyi insana
— "Xəzərinə" qovuşmaq istəyini bədii şəkildə ifadə edir.
"Least
Rivers — docile to some sea. // "Kiçik çaylar bəzi dənizlərə tabedir,
My
Caspian — thee." //
Mənim Xəzərim isə — sənə"
Şair özünü dənizə doğru axan kiçik çaylara, sevdiyi insanı isə nəhəng və qapalı
Xəzər dənizinə bənzədir. Burada Xəzər — bütün duyğuların toplandığı, son
dayanacaq və böyük bir güc simvoludur.
2. İtki
və mənsubiyyət haqqında (şeir № 1754)
"The Caspian has its realms of sand, // Xəzərin
öz qum səltənəti var,
Its
other realm of sea. //
fərqli bir səltənət.
Without
the sterile perquisite, // tərtəmiz
cəhətləri olmasa,
No
Caspian could be." //
Xəzər - Xəzər olamaz.
Şair deyir ki, Xəzəri Xəzər edən təkcə onun suları deyil, həm də onu əhatə edən
"sonsuz qumlardır". Bu, həyatda sevincin (su) kədərlə (sahil qumu)
birgə mövcudluğuna işarədir.
3. Səhra
və Su (şeir № 1146/1152)
"Until
the Desert knows // Səhra
bilənə qədər ki,
That
Water grows — //
Su getdikcə artır —
His
Sands suffice — //
onun qumu bəs edir —
But let
him once suspect //
amma elə ki, şübhələnsə
That
Caspian Fact — // ki, Xəzər — yaşayır —
Sahara
dies —" //
Sahara həmən ölər —“
Burada
"Caspian Fact" (Xəzər yaşayır) suyun sonsuzluğu və varlığı kimi
verilir. Səhra (Sahara) suyun varlığını dərk etdikdə, quruluğu ilə vidalaşır.
Qapalı və
kifayət qədər qısa bir həyat yaşayan Emily Dikinson zəngin bir ədəbi irs buraxmışdır,
bu gün o, XIX əsr görkəmli
Amerika müəlliflərindən biri hesab olunur. Onun qeyri-adi metaforları və qafiyələri,
səmimiyyəti müasir müəlliflərin yaradıcılığına dərin təsir etmişdir.
Sima

Hiç yorum yok:
Yorum Gönder