Yaz yağışı yaşıl
yarpaqları yudu,
Yüyürdü
yaşıllaşan yamaclara,
Yumrubaş yalçın yanardağlara.
Yoldu
yemişanları, yovşan yorğanlarını,
Yapışdı yolların
yaqut yaxasından.
Yayıldı yumuşaq
yoxuşlara,
Yırğalandı yelləncəkdə
yüngül-yüngül…
Yeniləndi yulduz-yulduz yarpaqlar.
Yatmış yeri yağış
yuxuda yaxaladı,
Yaz yollarını
yenə yasəmənlə yaşatdı,
yaraşıqlatdı.
Sima

Hiç yorum yok:
Yorum Gönder