çağdaş Azərbycan ədəbiyyatı etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
çağdaş Azərbycan ədəbiyyatı etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

20 Nisan 2025 Pazar

Sandıqça (hekayəm)

 


     Nəhayət, çoxdan gözlənilən bahar şəhəri bürüdü. Bir neçə gün əvvəl yağan qar erkən çiçəkləmiş budaqlara şəkər tozu kimi səpilmişdi, qara buludlar şişmiş lopalarla günəşi udmuş, mülayim bahar günəşindən tam zövq almağa imkan verməmişdi. Ancaq bu gün qar demək olar ki, hər yerdə əriyib, havada incə, şirin qatran və nəm torpaq qoxusu var.

     Zərnişan bu cür havanı çox sevirdi. İşdən çıxıb qızı Leylanın oxuduğu məktəbə gedirdi. Küknar və şam ağaclarının sıralandığı parkda addımlayarkən, ayazlı-qatranlı qoxunu ciyərlərinə çəkib gülümsəyirdi. Kefi kök idi. Niyə də olmasın? Ailəsi, qızı, həyat yoldaşı vardı. Qalmağa evi, yeməyə çörəyi vardı. Daha insana nə lazımdı ki? Bir kəlam yadına düşdü: əgər gözlərin görürsə, yeriyə bilirsənsə, danışırsan, sevirsən və hər səhər yatağından qalxa bilirsənsə, sən düşündüyündən daha zənginsən!

     Cib telefonu zəng çaldı. Tanımadığı nömrə idi.

—            Allo, kimdir? – Zərnişan soruşdu.

    Qızın bizdədir. Polisə zəng etmə. Bir saatdan sonra ev telefonuna zəng gələcək,  — xışıltılı metal səs dedi. Dud-dud-dud... xəttin o tərəfində telefon susdu. Zərnişan dayandı. Əvvəlcə səhv eşitdiyini düşündü. Necə? Qızı təhlükədədir? Onu oğurlayıblar? Kim? Bu təşvişli fikirlərlə Zərnişan bayaqkı nömrəyə zəng etdi, amma zəng çatmadı, görünür, telefonu ya söndürmüş, ya da qırıb tullamışdılar.

Zərnişan fikrini toplamağa çalışdı. Sonra  Leylanın sinif rəhbərinə zəng etdi:

             — Salam, Zeynəb müəllimə, Leyla haradadır?

            — Bu gün Leylanı bir qadın götürdü.

            — Niyə? Niyə icazə verdiniz? Bilmirsiniz ki, Leylanı ancaq mən götürürəm?

    Leyla o qadını görcək yanına qaçdı, soruşdum, tanıyırsan onu, dedi, bəli. Mən də düşündüm ki, kimsə qohumlardandır, ona görə Leylanı aparmağa icazə verdim.

    Nahaq yerə! Gərək mənə xəbər verərdiniz! – Zərnişan qəzəblə telefonu söndürdü. Bir an sonra ərinə zəng etdi:

—       — Kənan, Leyla yoxdu. Deyəsən, oğurlayıblar.

    Nə? Sən nə danışırsan? — Kənan dedi. Zərnişan hadisəni ona danışdı. Qərara gəldilər ki, polisə müraciət etsinlər.

26 Ekim 2017 Perşembe

Orxan Fikrətoğlu. "Yazı yazılmayanda" yazısından :)))))


Картинки по запросу orxan fikrətoğlu

Seçmə aforizmlər
- yük qatarı kimi icim yüklüdü;
- qabaq acı sözü də şirin söz kimi həzm edə bilirdim. İndi şirin söz belə mənə acı gəlir;
- dəymiş xurma kimisən, əl vursam, budaqdan yerə düşəcəksən;
- fikrini mənə kişi kimi çatdır;
- yadlaşmaq asan deyil. Doğmalara yad olmaq səndən güc tələb edir;
- səhər açılan kimi gecə düşür;
- külfətimin əsiriyəm, miniblər belimə;
- elə düşünürlər ki, tramvay kimi relsdən çıxan deyiləm;
- adi, evdar kiçik qəhrəman!
- uşaqlarının onun dəvə olmasından xəbəri belə yoxdur;
- elə insanlar var ki, onlar sənin ömrünə düzəlişlər etsin deyə gəlirlər;
- uşağın adını nənəsi qoymuşdu. Ona görə də qocaydı;
- insan qurda ikiüzlü olmadığı üçün hörmət edir;
- insan dünyada yaşayım deyən gündən aciz olub;
- mən qurd kimi ölümü tanısam da, insan kimi ondan qorxuram;
- mətn insanı dəyişmir, duruldur. İçini yuyur...

(tam mətn: Ədəbiyyat qəzeti, 07.10.2017)

20 Haziran 2012 Çarşamba

Bakı qadın yazarların görüşü

İyun ayının 19-da Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə “Qadınlar, ədəbiyyat və cəmiyyət” layihəsinin genişləndirilmiş çərçivəsində Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzində Amerikalı şair Alison Mendevilin iştirakı ilə Bakı qadın yazarlarının görüşü keçirildi. 




 Görüşü açan Şəhla Nağıyeva – ADU-nun professoru, Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin sədri  qonaqları salamlayandan sonra  görülmüş işlər haqqında məlumat verdi.