qadın poeziyası etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
qadın poeziyası etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

28 Aralık 2021 Salı

Çağdaş poeziyadan. Sevinc Elsevər.

 ***

Nə gözəl payız dəyib ağaca

bir yaşıl yarpağı da qalmayıb,

saralmış bir yarpağını da yerə salmayıb...

***

Soyuqdur,

hər yan bombozdur.

Qarğalar ağaclardan düşür

iri yarpaqlar kimi,

yerə qonur,

qarıldayır, uçuşurlar ümidsizcə.

Uşaq baxır və deyir:

"Yazıq qarğalar ağlayırlar"...

Qarğaların kədərini hiss edirmi

böyüklər də belə?


Qaynaq: "Ədəbiyyat qəzeti", 11.12.2021.

6 Eylül 2018 Perşembe

Nimdaş xatirələr


Картинки по запросу воспоминания
Bir gün cürətlənib
Nimdaş xatirələrimi sıraladım,
Və yaddaşımı kiflədən  
Olmuşları
Zibilə atdım.
Özüm-özümü gəmirirdim əvvəllər
Bu olmuşlara görə,
gərək onlar   olmayaydı.
Amma oldu
Və məni incitməkdən həzz aldı.
Anladım ki,
“Yox” deməyi öyrənmək lazım.
Bəzən oyunçular
Başqasının  hisslərini
Qumara qoyurlar,
Amma unudurlar ki,
Hər oyunda tuzlar udmur...

Sima


6 Şubat 2017 Pazartesi

Şahnaz Şahin. Mənə xəbər yolla



Mənə xəbər yolla...
Ağ dumanın o üzündən,
boz dalğanın səsindən,
atəşlərin soyuq busəsindən danış...
Görüm, nə var, nə yox...
Tənha gecələrin tellərini dara,
saçlarını hör.
Günəşin təbəssümünü iç,
nəfəsini dər...
Danış,
görüm, nə var, nə yox...
Tanrıdan giley etmə,
taleyini bir də yoxla...
Mənə xəbər yolla, gəlim.
Ən adi şeylərdən,
qısqanc mələklərdən danışaq...
Gündüzmü, gecəmi...
Mənsiz necəydin,
bilim...

22 Eylül 2016 Perşembe

"Qadın yazarlar" silsiləsindən. Cahan Gülsündən 2 şeir.

***


 Nədir bu susqunluğun?
Niyə danışmırsan, ruhum?!
Mənim bitməyən yorğunluğum
Sənin bitməyən qorxun...
Elə istəyirəm ki, günəşi aparsınlar gecələrdən
Yolları yığışdırsınlar küçələrdən
Yığışdırsınlar ki, kiminsə gəlməyinə
Ümidimiz qalmasın
Ümidsiz olanda daha güclü olur insan...