Patrik Züskind etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Patrik Züskind etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

16 Haziran 2022 Perşembe

Tərcüməm. Patrik Züskind. Qumru (davamı)

 


Günün ikinci yarısını İonatan dərd və qəzəb içində keçirtdi.  O, bankın qarşısında, ən yuxarı pillədə, sütuna yaxın yerdə dayanmışdı, amma sütuna söykənmirdi, zəifliyinə tabe olmaq istəmirdi.  Sütuna söykənmək çətin idi, bunun üçün gərək əllərini arxada cütləyəsən, bu da mümkün deyildi, çünki İonatanın sol əli deşikli budundan aşağı sallanıb deşiyi gizlədirdi. Müvazinətini saxlamaq üçün o, ayaqlarını çox aralı açmışdı, gənc mühafizəçilərin duruşu kimi nifrət etdiyi şəkildə dayanmalı olmuşdu. Hiss etdi ki, onurğası əyilir, dik və sərbəst saxladığı boynu isə çiyinləri arasına düşür, başı papaqla bərabər aşağı enir və günlük altından baxışı qəzəbli və şübhəli görünür, üzündə digər gözətçilərdə nifrət etdiyi qaraqabaq ifadə yaranır. İonatana elə gəlirdi ki, şikəstdir, gözətçiyə karikaturadır, özünün təhrif olunmuş təsviridir. O, bu saat özünə nifrət edirdi. Özü-özünə nifrəti elə aşıb-daşırdı ki, dərisindən çıxmağa hazır idi, çünki hər yeri qaşınırdı, dərisinin hər məsaməsindən tər axırdı, geyimi bədəninə ikinci dəri kimi yapışırdı. Geyimin bədənə yapışmadığı yerdə də, dəri ilə paltarı arasında bir az hava olan yerlərdə: baldırlarında, qoltuq altında, hülqumunun altındakı çökəklikdə...dəhşətli qaşınma vardı, çünki tər iri damlalarla çökəklikdən axırdı, məhz buranı İonatan qaşımaq istəmirdi, özünə yüngüllük gətirmək istəmirdi, çünki bu, onun ümumi dərdinə kömək edə bilməyəcəkdi, əksinə, gülünc vəziyyətə salacaqdı. İndi İonatan dərd çəkmək istəyirdi. Nə qədər dərdi böyük olsaydı, daha yaxşı idi. Dərd onun nifrətini və qəzəbini gücləndirirdi və onlara bəraət qazandırırdı, eyni zamanda nifrət və qəzəb dərdini artırırdı, çünki onlar qanı həyəcanlandırır və dəridən yeni tər dalğalarını sıxışdırıb çıxarırdı. İonatanın üzü islanmışdı, çənəsindən və saçlarından tər damırdı, papağının kənarı şişmiş alnını kəsirdi. Lakin o, bir anlıq da papağı çıxartmaq istəmirdi. Papaq buxar qazanının qapağı kimi, İonatanın başında qalmalı, başı partlayana qədər dəmir halqa kimi gicgahlarını sıxmalıdır. İztirablarını azaltmaq üçün heç nə etmək istəmirdi. O, tərpənməz halda saatlarla dayandı. Yalnız hiss edirdi ki, onurğası, çiyinləri, boynu və başı necə əyilir, bədəni iyrənc  şəkildə necə bükülür.

Tərcüməm. Patrik Züskind. Qumru (davamı)

 


Pillələri düşə-düşə İonatan sakitləşirdi. Üçüncü mərtəbənin meydançasında, tər axıda-axıda birdən ağlına gəldi ki, hələ də əynində qış paltosu, şərf və içi tüklü çəkmələr var. İstənilən an aşağıdakı bahalı mənzillərdən bazarlıq etməyə gedən xidmətçi qadın, və ya boş şərab şüşələrini pilləkənə düzməyi sevən müsyö Riqo, və ya madam Lassalın özü çıxa bilərdi, madam çox tez yuxudan oyanır, yəqin indi oyaqdır, bütün mərtəbə onun səhər qəhvəsinin şirnikdirici ətri ilə dolmuşdur... Birdən madam Lassal mətbəx qapısını açıb pilləkəndə  qəribə qış geyimindəki İonatanı gördü? Amma indi axı avqust ayıdır, günəş adamı yandırır... O zaman İonatan madam Lassala nəsə izah etməliydi. Yalan deməliydi, amma nə desin? İonatanın indiki görünüşünə ağlabatan izah yoxdu. Elə biləcəklər ki, o dəli olub. Bəlkə də həqiqətən dəli olmuşdu.

Tərcüməm. Patrik Züskind. Qumru

 


İonatan Noeli yeknəsək həyatdan qoparan qəza - qumru əhvalatı baş verəndə, onun yaşı əllini keçmişdi, son iyirmi ilini o, tamamilə hadisələrsiz yaşamışdı, və ağlına da gətirmirdi ki, ölümdən başqa onun həyatında maraqlı nəsə baş verə. Bu cür həyatdan Noel  məmnun idi, o, hadisələrə nifrət edirdi, çünki bu zaman daxili tarazlıq pozulur və həyat hərc-mərcliklə dolurdu.