müasir poeziya etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
müasir poeziya etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

19 Aralık 2025 Cuma

Jan Follen və onun şeirləri

 

Jan Follen (1903-1971) – XX əsrin ikinci yarısının görkəmli fransız şairi və yazarıdır, əsərləri digər dillərə az tərcümə edildiyindən, başqa ölkələrdə o qədər də tanınmır.  O, Normandiyanın (Fransa) Kanizi şəhərində doğulmuş, Parisdəki Kann universitetinin hüquq fakultəsində təhsil almışdır. Əvvəlcə vəkil, sonra hakim qismində çalışarkən, Parisin mədəni həyatının mərkəzində olmuş, o dövrün tanınmış yazıçıları və rəssamları ilə dostluq etmişdir.  

Avtomobil qəzasında həlak olmuşdur.

Follen fransız ədəbiyyatına keçən əsrin 20-ci illərində daxil olmuşdur. Həmin illərdə fransız avanqardı qalmaqallığında bir az səngimiş, adi  ədəbi cərəyana çevrilmişdi. Gənclik isə yeni üfüqlər axtarışındaydı. Yeni ədəbi qurumlar yaradılsa da, onlar əvvəlki nəsil şairlərinin – dadaist və sürrealistlərin çılğın aqressiyasından məhrum idilər. Follen əvvəlcə şair Fernan Markın Paris qrupuna daxil oldu, lakin bu qrup da ədəbi camiəni silkələyən çağırışlar etmədi. Fransız tənqidçiləri yazırdılar ki, Follenin yaradıcı inkişafına o dövrün estetik nəzəriyyələri az təsir edib. Onun poeziyası və mənsur şeirləri  hər hansı izaha, nəzəriyyəyə tabe olmur. Follenin poeziyası tənqidçiləri şaşırdırdı, çünki bu poeziya “qeyri-poetik” poeziya sayılırdı. Onun verlibrləri köhnə kinolentin donmuş kadrlarını xatırladır, ayrı-ayrı fraqmentləri bir yerə toplasaq, unikal məna, təsvir, səs yükü ilə baş-başa qalarıq. Şair 10-12 sətirlik şeirlərinə bütöv bir dünyanı yerləşdirə bilir.  

Jan Follenin lirik qəhrəmanı və Zaman – parlaq antoqonistdirlər. Qəhrəman gərginliklə dolu müşahidələrə meyillidir, zaman isə daimi çarpıntıları ilə onun fikrini yayındırır. Follen keçmişə, xatirələrə önəm verir. İnsan istərsə-istəməzsə, xatirələrindən qurtula bilmir. Məhz buna görə Follen üçün ən dəhşətli xatirə - müharibədir, çünki müharibə ölümdür, o dağıdır, əzab verir, ümidi qırır və həyatı alır. Follenin şeirlərində uşaq obrazları əsas yer tutur, uşaq həyatın başlanğıcındadır, və həyatın sonlu olduğunu hələ bilmir. Yetkin insan üçün qorxulu olan həyat, uşaq üçün rahatdır, uşaq sadəcə yaşayır – mühakiməsiz. 

Jan Follen dünyasının öz qanunları vardır. Və bu qanunlar, əslində gerçək həyat qanunlarından qopmamışdır. Şairin lirik qəhrəmanı yalnız zahirən qapalı, tərki-dünyalıqdır. O, istedadı ilə - həm görmək, həm danışmaq istedadı ilə insanların diqqətini əbədi həqiqətə cəmləmək istəyir: həyat yaşamaq və gözəllik üçündür, ölüm və eybəcərlik üçün deyil...  

Folleni neorealismin banisi hesab edirlər. Onun şeirləri sanki rəngkarlıqla əlaqəlidir, natürmorta oxşadılır. Uzun müddət ədəbiyyat sahəsində fəal olsa da, Follen oxucuların gözündə ikincidərəcəli şair kimi görünə bilər, amma şairlər üçün o, şairdir! Ona görə deyirlər ki, Follenin şeirləri müasir olmasa da, aktualdır.

Follen  Fransa Akademiyasının Böyük Mükafatını (1970), Mallarme mükafatını (1939), daha bir neçə ədəbi mükafatları qazanmışdır, hal-hazırda isə Fransada Jan Follen mükafatı verilir.

1 Şubat 2019 Cuma

Səssiz fəryadlar (şeir)


Картинки по запросу страдания
Uşaqkən, ağrı hissini
Fəryadla, qışqırıqla bildiririk,
Kömək diləyirik böyüklərdən,
Inanırıq – ağrımızın çarəsi onlardadır.
Böyüdükcə, ağrımızı içimizə salırıq,
Içimizdə fəryad edib, bağırırıq,
Səsimiz çıxmır.
Daxilimizdəki təlatümdən,
Bizi əzən iblislərdən
Heç kimin xəbəri olmur.
Öyrəşirik içi fəryadlı yaşamağa –
Üzümüzdə təbəssüm,
Içimizdə - heç kimin eşitmədiyi qışqırtı...

Sima

7 Eylül 2018 Cuma

Avqust


Похожее изображение

Avqustu
Kəmşirin şərab kimi
Gərək qurtum-qurtum içəsən,
Içinə günəşin istisi yayılsın.
Gözlərini qıyıb,
Küncdə mırıldayan pişiyə,
ilk dəfə görürmüş kimi,
baxasan.
Avqust gecələrinin ətrini
Oxuduğun kitabların sətirlərində duyasan,
Bir azdan payız gəlir, anlayasan,
Bürünəsən avqust küləyinə,
Qaçasan üfüqə sarı –
Günbəgün uzaqlaşan
Yayın arxasınca...

Sima, 2018

21 Mart 2017 Salı

Xuraman Hüseynzadə. Dekabr ayı


Yeni fəsil gəlib
Yeni ay
Və yepyeni gün...
Təkcə günəş köhnədir.

Bizim evdə saat yatır
Təqvim dünəni göstərir
Divar kağızımız köhnə...

Günəşin istisi keçmiş şüalarını
Silirəm pəncərədən
Hava boz üzünü göstərir...

Divar kağızlarının solğun bənizinə
Baxaraq anlayıram:
Bu dünyada
Köhnə tarixli təqvim
Və yatmış saat qədər

Kədərli heç nə yoxdu...

16 Eylül 2012 Pazar

Azərbaycanlı yazıçı Almaniya Yazarlar Birliyinə üzv seçilib



Almaniyada N.Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru yazar və tədqiqatçı Nuridə Atəşi Almaniya Yazarlar Birliyinə üzv seçilib.
Artıq Almaniya Jurnalistlər Birliyinin, P.E.N. Alman Mərkəzinin üzvü olan Nuridə Atəşi Almaniya Yazarlar Birliyinə üzv olmasını daha yüksək qiymətləndirir.
İndiyə qədər yalnız bir azərbaycanlı - Məhəmməd Əsəd Bəy (Qurban Səid) alman yazarı kimi bütün dünyada tanınmış və Almaniya Yazarlar Birliyinin üzvü ola bilmişdi.

Nuridə Atəşi 1965-ci il avqustun 22-də doğulub.
Bakı Mədəni-Maarif Texnikumunda, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.
1995-ci ildən Almaniyanın Berlin şəhərində yaşayır.
Azərbaycanın Almaniyada təbliğində fəal rol oynayır.

Nuridə Atəşi 14 kitabın müəllifidir.

http://www.azadliq.org

9 Eylül 2011 Cuma

Нигяр Гасан-заде. Утром встану




Нигяр Гасан-заде родилась в Баку - столице Азербайджана.
Окончила филологический факультет Института Русского языка и Литературы в Баку.
С 2000 г. живет в Лондоне.

• Член Союза Писателей Азербайджана.
• Член Международного литературного общества «РЕN»
• Лауреат Национальной Академии Азербайджана

Первая книга стихов «Крыльями за горизонт» была изданна на Родине в Баку в 2000 г.
В 2002 году сборник стихов «Крыльями за горизонт» был удостоенн премии Национальной Академии Азербайджана.
В 2002 г. - в Лондоне/Великобританиии вышел перевод книги (“On Wings Over the Horizon”/Negar Hasan-zadeh) , в переводе английского поэта- переводчика Ричарда МакКейна , известного своими переводами великих русских поэтов А.Ахматовой, О.Мандельштама, Н. Гумилева.

В 2004 г. – изданн второй поэтический сборник под названием «Под чужими облаками».

Нигяр является автором многочисленных публикаций, как у себя на родине, так и далеко за ее пределами.
Стихи Нигяр неоднократно появлялись на страницах литературной печати в Великобритании,Германии, Турции,США, Канаде, Австралии, Польши, России в переводах ведущих поэтов.

Неоднократная участница международных поэтических фестивалей и литературных вечеров в Европе.

Стихи Нигяр вошли в антологию «Russian Women Poets” (редактор- профессор Валентина Полухина) в Великобритании в 2002 г. .
В 2005 г. - Антология лучших женщин поэтов России 20 века “Russian Women Poets” редактор Проф. Валентина Полухина была изданна в США издательство"Carcanet".
***
Утром встану – открою рану,

Посолю – поперчу

Спрячу...

Чью-то в теле своем сдачу.
Будет резать - болеть – значит:

Есть на сердце свободные пятна,
Станет все наконец понятно,

Не стучать в незнакомые двери,
Могут там оказаться звери,

Кто-то зубом, а кто-то взглядом
Просверлит – напоит ядом,

Или просто захлопнет уши
Чтоб не слышать тебя – не слушать

Не глядеть – не гореть- не видеть
Не понять – засмеять – обидеть

Так легко

так безбожно сложно
стать на чуточку - осторожней

не про нас – не для нас – не возможно...



...Значит утром, когда я встану,

Вновь на теле - открою рану,

Посолю – поперчу

Спрячу

Ваш подарок
Свою неудачу....

http://www.stihi.ru/