Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
28 Şubat 2012 Salı
27 Şubat 2012 Pazartesi
Sayman Aruz yazır: Yazıçı haqqında bir neçə söz
Hər bir yazıçı eyni halda yaşadığı bu dünyada bir vətəndaşdır. O da həmin dövr, siyasi, mədəni və ictimai coğrafiyada yaşayır. O da başqaları kimi həyatda qəm, kədər, şadlıq hisslərinə malikdir, yoxsulluq, sərvə, müharibə, azadlıq və azadlığın olmaması ilə rastlaşır. Onun yazıları həmin xarici aləmin təsirinin məhsuludur. Lakin ətraf aləmin bu təsiri hər bir yazıda fərqlidir. Yazıçının vəzifəsi bu təsir formalarını yazısında əks etdirməkdən ibarət deyildir.
O, qabaqcada təyin olunmuş şəkildə və xüsusi düşüncəsi əsasında xarici aləmi araşdırmağa və bu əsasda hər hansı mövqeni tutmağa borclu deyildir. Həqiqətdə müstəqil və heç bir konkret dairəyə bağlılığı olmayan yazıçı konkret bir ideologiya və ya baxış əsasında yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilməz. Oxucusu da onun belə bir mövqeyə malik olmasını qəbul etməz.
Yazıçının yaradıcılığı düşüncə və bəyan azadlığını özündə əks etdirir. Oxucu qabaqcadan təyin olunmuş şəkildə labirint içində hərəkət edərək pendir axtaran siçan kimi deyil, yazıçının yaratdığı dünyada gərək azad şəkildə irəli gedərək düşünmək imkanına malik olmalıdır. Məzmunu yazıçının düşüncə məhsulu və ətraf aləm olan yazının daxilində azad hərəkət oxucuya düşüncə dairəsini genişləndirmək imkanını verir. Oxucu mətnin sonsuz oyununda, dəlillərin hərəkəti arasında, əlamətlərin təhlilində, mənaların axtarışında, təsvirlərdən həzz alaraq, baş verən hadisələrdən təəccüblənərək... sakitliklə özü-özü ilə düşünsün. Düşüncə fikirlərini yenidən nəzərdən keçirtsin, özündə azadlıq düşüncəsi və düşüncə azadlığını yaratsın və bu vaxta qədər düşünmədiyi məsələlər barədə düşünsün.
Ədəbiyyat həm kədər və həm şadlıq ola bilər. Həm baxışların genişlənməsinə səbəb ola bilər həm də bu lənətlənmiş və alçaq dünyadan ayrılaraq düşüncə rahatlığı anı ola bilər. Bu xüsusiyyətlərin nəticəsidir ki, ədəbiyyat onun əhli olan hər bir kəs üçün həyatının hər bir anında istinadgaha çevrilir. Qəm və ümidsizliyin kulminasiyasında yazmaq və oxumaq düşüncə rahatlığı üçün münasib yol hesab olunur. Ədəbiyyat həmişə düşüncə mənbəsini axtarışında olub həm də cəhalət üçün mübarizə aparmaq üçün münasib yol da hesab olunur. Araşdırma və şərh mövzusu olan hər bir məsələnin araşdırılması və şərhini həyata keçirir ki, dövrün tələbinə uyğun bir mövqe hesab olunur. Ədəbiyyat həmçinin öz metod və vasitələri ilə çatışmamazlıqları ortaya qoyur və onların həlli yolunu da göstərir. Dövrün məsələləri barədə elə bir şəkildə bəhs edir ki, tarix bu cür bəhs etmə qabliyyətinə malik deyildir; digər tərəfdən oxucuda oxuya və düşünmə prosesində əsəb sisteminə təsir edən müəyyən bir həzz gətirir. Mümkündür ki, sadaladıqlarımızın heç biri ədəbiyyatın vəzifəsi hesab olunmasın və daim yeniləşmədən və müəyyən vəzifəyə malik olmaqdan ibarət olsun ki, qalanı özü gələcək.
dayaq.org
26 Şubat 2012 Pazar
Dünyanın ən yaxşı kitab dükanları.
Elə bilirsiz, internetin inkişafı ilə kağız kitablara maraq azalıb? Gəlin, dünya kitab mağazalarına baxaq. Kitab "mağaralarına" bənzəyən bu dükanlarda gəzib, kitabların ətrini ciyərlərə çəkmək, bir xəlvət guşəyə çəkilib sevimli müəllifin kitabını sevə-sevə vərəqləmək, həmin kitabı alıb bağrına basaraq, axşamlar öz evində onu oxumaq necə də ləzzətlidir...
Sürihdə, dominikan kilsəsində yerləşmiş kitab dükanı
Slovakiyada kitabsevərlərin dükanı
Çində kitab məkanı
Meksikada kitab dünyası
Fransada kitabxana
Kaiforniyada açıq havada kitab dükanı
Yaponiyada kitablar
http://www.kultura.az
Sürihdə, dominikan kilsəsində yerləşmiş kitab dükanı
Slovakiyada kitabsevərlərin dükanı
Çində kitab məkanı
Meksikada kitab dünyası
Fransada kitabxana
Kaiforniyada açıq havada kitab dükanı
Yaponiyada kitablar
http://www.kultura.az
Sevinc el Sevər (Pərvanə). XOCALIDAN SONRA
Xocalıdan sonra
Gecələr gecə olmadı
Qaranlıq zindan oldu
Xocalıdan sonra
Çox qar yağdı
Heç birində əylənə bilmədik ürəyimizcə
Yağan hər qar yağışı
Xocalını xatırlatdı
Orda öldürülən uşaqların qanıyla qarışıb
Göylərə qayıdan qardı
Təzədən başımıza yağırdı inan ki...
Körpə balam
Təkcə qocaları
Uşaqları
Qadınları
Kişiləri öldürmədilər
Insanlığa inamımızı öldürdülər
Sabaha,
Hər şeyin yaxşı olacağına inamımızı güllələdilər...
Özümüzə inamımızı vurdular
Sən baxma televizora
Üzünü o yana çevir
Qorxulu şeylər göstərirlər
Xocalını göstərirlər
Xocalıdan sonra
Xəbər gəldi ki
Mingəçevir SES-ni partladacaqlar
Su basacaq kəndimizi
“görəsən, tez xəbər tutarıqmı
Qaçıra bilərikmi arvad-uşağı ölümün pəncəsindən?!”
Eşitmişdim atam əmimlə dərdləşəndə
Qorxudan ürəyimi yeyirdim
Gizlicə hamama keçib
Balaca vannada üzməyi öyrənirdim
Hələ də öyrənə bilməmişəm...
Sən baxma televizora
Üzünü o yana çevir
Qorxulu şeylər göstərirlər
Yenə Xocalını göstərirlər
Xocalıdan sonra
Dayımı gördüm televizorda
Həyatında ilk və son dəfə televizora düşmüşdü
Sevincini kəndə telefon açıb anama uçurtmuşdu:
“bacı, baxarsız ha, məni televizora çəkiblər
Şəhidlər Xiyabanında”
Uşaq ağlımla sevinmişdim
Özümü indi də bağışlamıram
Sən baxma televizora
Körpə bala
Sən oyuncağınla oyna
Inamla böyü
Televizorda gördüklərin səni qorxutmasın
Xocalıda insanlar insanları öldürmədi ki...
Heç adam da adamı öldürərmi?!
Sənin kimi mənə də
Öyrədilən ilk kəlmədi “cızza!”
Yəni, “əlin yanar, toxunma!”
Ürəyim od tutub yanır, balaca
Sən baxma televizora
Üzünü o yana çevir
Cızza!!!
http://www.dayaq.org
Xəritələrdə qalan Xocalı
Azərbaycanda bir şəhər vardı - Xocalı... 20 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ-dən qalmış 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini işğal edib. Bu əməliyyatlar zamanı dinc əhaliyə divan tutulub, 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb.
Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Öldürülənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı idi. 8 ailə tamamilə məhv edilib.
Artıq uzun illərdir ki, qaranquşlar yuva qurmağa bir dam tapmır Xocalıda. İndi Xocalı - yalnız xatirələrdə və xəritələrdə qalan bir şəhərdir...
Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Öldürülənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı idi. 8 ailə tamamilə məhv edilib.
Artıq uzun illərdir ki, qaranquşlar yuva qurmağa bir dam tapmır Xocalıda. İndi Xocalı - yalnız xatirələrdə və xəritələrdə qalan bir şəhərdir...
21 Şubat 2012 Salı
21 Fevral - Beynəlxalq Ana Dili günüdür
Gözəl, şirin ana dilimizə ehtiramla yanaşaq, onu sevək, qoruyaq, zənginləşdirək və hər kəlməsindən zövq ala-ala danışaq!
*
Dil haqqında kəlamlar:
- Xalqın ən böyük sərvəti - onun dilidir (M.Şoloxov)
- Dil yaxşı ya pis olmur. Dil sənin özünü əks etdirən güzgüdür (S.Dovlatov)
- Dil - fikrin donudur (S.Conson)
- Dil - xalq fikirlərinin güzgüsüdür; hər millətin əqli quruluşu onun dilindədir (H.Sehador)
- Dil şairin aləti deyil, yəqin, şair dilin alətidir (İ.Brodski)
- Dilin zənginliyi fikirlərin zənginliyidir (N.Karamzin)
*
Məni xoşbəxt eyləyən
öz sevimli dilimdir!
http://www.youtube.com/watch?v=4FVS20dYTjY (Gülağa Məmmədovun ifasında "Şirin dil" mahnısını buradan dinləyin)
*
Dil haqqında kəlamlar:
- Xalqın ən böyük sərvəti - onun dilidir (M.Şoloxov)
- Dil yaxşı ya pis olmur. Dil sənin özünü əks etdirən güzgüdür (S.Dovlatov)
- Dil - fikrin donudur (S.Conson)
- Dil - xalq fikirlərinin güzgüsüdür; hər millətin əqli quruluşu onun dilindədir (H.Sehador)
- Dil şairin aləti deyil, yəqin, şair dilin alətidir (İ.Brodski)
- Dilin zənginliyi fikirlərin zənginliyidir (N.Karamzin)
*
Məni xoşbəxt eyləyən
öz sevimli dilimdir!
http://www.youtube.com/watch?v=4FVS20dYTjY (Gülağa Məmmədovun ifasında "Şirin dil" mahnısını buradan dinləyin)
18 Şubat 2012 Cumartesi
Mafiozilərin məsləhətlərindən))))
*
Dünya səbirli olanlara məxsusdur
*
Vəd verməkdən asan heç nə yoxdur
*
Yalan danışanda, qısa de
*
Çayın dərinliyini iki ayağınla ölçmə
*
İlanı yuvasından yad əllərlə çıxart
*
Kal almaya dəymə - yetişəndə, özü düşəcək
*
Problem sənə toxunmursa, sən də ona toxunma
*
Müdrikliyini gizlədə bilməyən - axmaqdır
*
Balığı açıq ağzı öldürür
*
Qartal milçək ovlamır
http://www.libo.ru/libo6813.html
Kaydol:
Kayıtlar (Atom)















