dayaq org etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
dayaq org etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

31 Mart 2012 Cumartesi

Cəlil Cavanşir. Ayrılığın il dönümü



bir şüşə ucuz şərab
bir-iki qutu siqaret
və bir az da dul qadın təbəssümü götürüb çıxaram marketdən

evin soyuq divarları qəh-qəhə çəkdikcə
ciyərlərimə çəkərəm
acı siqaret tüstüsünü
göz yaşına qarışmış şərabı
hüznlə çəkərəm başıma.
güzgüdə çuxura düşmüş gözlərimə
divarda saralmış rəsminə baxaram
illər təkcə məni dəyişdirib deyəsən,
nə yaxşı ki sən
saralmış rəsmlərdə dəyişmirsən.

səssizcə axıb keçər zaman
gecənin necə düşdüyünü
hiss eləmədən
sabahın necə açılacağını
düşünmədən
başımı ataram yastığa

Bir az göz yaşları və ümid
Beləcə bitirərəm gərgin bir günü
(əslində insan beləcə qısaldır ömrünü)

hər il beləcə qeyd edərəm
ayrılığın ildönümünü.

http://www.dayaq.org

27 Şubat 2012 Pazartesi

Sayman Aruz yazır: Yazıçı haqqında bir neçə söz



Hər bir yazıçı eyni halda yaşadığı bu dünyada bir vətəndaşdır. O da həmin dövr, siyasi, mədəni və ictimai coğrafiyada yaşayır. O da başqaları kimi həyatda qəm, kədər, şadlıq hisslərinə malikdir, yoxsulluq, sərvə, müharibə, azadlıq və azadlığın olmaması ilə rastlaşır. Onun yazıları həmin xarici aləmin təsirinin məhsuludur. Lakin ətraf aləmin bu təsiri hər bir yazıda fərqlidir. Yazıçının vəzifəsi bu təsir formalarını yazısında əks etdirməkdən ibarət deyildir.
O, qabaqcada təyin olunmuş şəkildə və xüsusi düşüncəsi əsasında xarici aləmi araşdırmağa və bu əsasda hər hansı mövqeni tutmağa borclu deyildir. Həqiqətdə müstəqil və heç bir konkret dairəyə bağlılığı olmayan yazıçı konkret bir ideologiya və ya baxış əsasında yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilməz. Oxucusu da onun belə bir mövqeyə malik olmasını qəbul etməz.
Yazıçının yaradıcılığı düşüncə və bəyan azadlığını özündə əks etdirir. Oxucu qabaqcadan təyin olunmuş şəkildə labirint içində hərəkət edərək pendir axtaran siçan kimi deyil, yazıçının yaratdığı dünyada gərək azad şəkildə irəli gedərək düşünmək imkanına malik olmalıdır. Məzmunu yazıçının düşüncə məhsulu və ətraf aləm olan yazının daxilində azad hərəkət oxucuya düşüncə dairəsini genişləndirmək imkanını verir. Oxucu mətnin sonsuz oyununda, dəlillərin hərəkəti arasında, əlamətlərin təhlilində, mənaların axtarışında, təsvirlərdən həzz alaraq, baş verən hadisələrdən təəccüblənərək... sakitliklə özü-özü ilə düşünsün. Düşüncə fikirlərini yenidən nəzərdən keçirtsin, özündə azadlıq düşüncəsi və düşüncə azadlığını yaratsın və bu vaxta qədər düşünmədiyi məsələlər barədə düşünsün.
Ədəbiyyat həm kədər və həm şadlıq ola bilər. Həm baxışların genişlənməsinə səbəb ola bilər həm də bu lənətlənmiş və alçaq dünyadan ayrılaraq düşüncə rahatlığı anı ola bilər. Bu xüsusiyyətlərin nəticəsidir ki, ədəbiyyat onun əhli olan hər bir kəs üçün həyatının hər bir anında istinadgaha çevrilir. Qəm və ümidsizliyin kulminasiyasında yazmaq və oxumaq düşüncə rahatlığı üçün münasib yol hesab olunur. Ədəbiyyat həmişə düşüncə mənbəsini axtarışında olub həm də cəhalət üçün mübarizə aparmaq üçün münasib yol da hesab olunur. Araşdırma və şərh mövzusu olan hər bir məsələnin araşdırılması və şərhini həyata keçirir ki, dövrün tələbinə uyğun bir mövqe hesab olunur. Ədəbiyyat həmçinin öz metod və vasitələri ilə çatışmamazlıqları ortaya qoyur və onların həlli yolunu da göstərir. Dövrün məsələləri barədə elə bir şəkildə bəhs edir ki, tarix bu cür bəhs etmə qabliyyətinə malik deyildir; digər tərəfdən oxucuda oxuya və düşünmə prosesində əsəb sisteminə təsir edən müəyyən bir həzz gətirir. Mümkündür ki, sadaladıqlarımızın heç biri ədəbiyyatın vəzifəsi hesab olunmasın və daim yeniləşmədən və müəyyən vəzifəyə malik olmaqdan ibarət olsun ki, qalanı özü gələcək.

dayaq.org