ssenari etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
ssenari etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

26 Aralık 2020 Cumartesi

COKER filminin ssenarisi, tərcümə işim (davamı)

 57.     Aşağı İst-Sayd, küçələr – gecə

Artur yaşadığı yerə gəlir, hər yer zibillə doludur.

Gecələr bu küçələr canlanır. Yeniyetmələrin hay-küylü dəstələri... Tində heç kimə dəyib toxunmayan əyyaş... Gecə qadınları küçədə... Artur həyəcan siqnalını eşidir.

Artur tinə dönərkən təcili yardım maşınını görür, maşın binanın qarşısında dayanıb. İşıqları yanıb sönür.

Narahat hislə Artur binaya tərəf qaçır.

"COKER" filminin ssenarisi, tərcümə işim (davamı)

                                                                                      50.  Ananın yatağı, mənzil –səhər erkən

Artur kürsüdə, ananın otağında əyləşib, onun necə yatdığına baxır. Artur gecəni yatmayıb. Həmin geyimdədir. Əlində məktub var.

Pəncərə arxasında günəş doğur, otağın qaranlığını dağıdır. Kürən pişik Arturun ayaqları yanında əyləşərək, aşağıdan yuxarı ona baxır, lakin Arturun gözü anasındadır.

Artur bir müddət də belə oturur, anasının yuxudan oyanmasını səbirsizliklə gözləyir, qəfildən özünü kürsüyə çırparaq, var gücüylə bağırmağa başlayır.

Ana diksinib oyanır, yuxulu halda ətrafa baxır, şaşqındır.

Artur görür ki, pişik otaqdan qaçıb gedir.

ANA – Nədir, saat neçədir?

Artur cavab vermir.

ANA – Nə olub? Yenə özün-özünə zülm edirsən?

Arturun əlində məktub var.

COKER – Bu nədir? Niyə heç vaxt bu haqda mənə bir söz deməmisən?

ANA – Bu.. mənim məktubumdur? Mənim məktubumdur, sevincim?

COKER – Sən bunu mənə niyə deməmisən, anacan?

ANA – Sən dedin ki, məktubu vermisən. Məktublarımı oxumağa sənin ixtiyarın yoxdu. Sən kimsən ki?

COKER  (səsini qaldıraraq, həyəcanla) – Deməli, mən Tomas Veynin oğluyam! Niyə bunu məndən gizlətmisən?

Ana yavaşca yatağında dikəlir.

ANA – Bəsdir qışqırdın. Ölməyimi istəyirsən? Məni infarkt edəcəksən!

ANA vanna otağına gedir.

COKER (ananın arxasınca qışqırır) – Mən qışqırmıram! Sadəcə həyəcanlıyam. Sözlərin doğrudurmu? Tomas Veyn necə mənim atam ola bilər?

ANA (qapı arxasından) – Sən sakit olmayana qədər, səninlə danışmayacam!

Artur bir dəqiqəlik əyləşir, sonra ayağa qalxıb vanna otağının qapısına tərəf gedir. Anası ilə bağlı qapıdan danışır.

COKER  (səsini azaldaraq, sakit olmağa çalışır) – Okey, anacan. İndi necədir, yaxşıdır? Xahiş edirəm, danış mənimlə!

Artur daha yaxın əyilir, başını qapıya söykəyir.

COKER – Xahiş edirəm...

ANA – Artur, o qeyri-adi adamdır. Bizim münasibətlərimiz vardı. O zaman mən çox gözəl idim. Bir-birimizə aşiq olmuşduq.

Artur qapı önündə dayanaraq, dinləyir. Gözlərini yumur, eşitdikləri onun üçün çox əhəmiyyətlidir.

ANA – Onun arvadı hər şeyi görürdü. İlk gündən bizi qısqanırdı. Sonra da məni işdən çıxartdı. Bilmirdim ki, hamiləyəm (ağlayır) Heç vaxt ona ya kimsəyə demədim. Çünki... bilsəydilər, Tomas haqqında, mənim və sənin haqqında nələr deyəcəkdilər...

COKER (gözü yumulu, başı qapıya söykənmiş halda) – Nə deyəcəkdilər ki, anacan?

ANA – Deyəcəkdilər ki, mən gəzəyənəm, Tomas isə şorgözdür... Sənə də bicbala deyəcəkdilər.

Qəfildən  qapı açılır, Artur üzü üstə vanna otağına yıxılır.

27 Haziran 2012 Çarşamba

Tərcümələrimdən. Rövşən Naziroğlu. Şeirlər


Ровшан Назироглу. Стихи

Ssenari
Bax burda sən döyməlisən qapımı
Mən ucadan:
- Buyurun keçin - deməliyəm
Sən məndən bir çi dik duz istəməlisən
Mən nədənsə sevinə-sevinə deməliyəm ki
Duz yoxdu
Üzbəüz otaqdan televizorun səsi gəlməlidi bu ara
Xəbərləri bəhanə gətirib
Keçməlisən dəhlizdən otağa
Oturmalıykən uzanmalısan divana
Hava haqqında məlumatı dinləyib
Deməlisən ki bu gün hava yaman istidi
Mən də başımla sənin sözünü təsdiqləməliyəm
əl atıb köynəyinin düymələrini açmalısan
məni də çağırmalısan divana
sonra...
sonra qalxıb güzgü qabağında
üst-başını geyməlisən aram-aram
gedərkən təbəssümünü
su kimi atmalısan üstümə
qonşuluqdakı marketə getməlisən duz almağa
dükanda ərinlə qarşılaşmalısan
birgə bazarlıq eləyib
gülə-gülə qalxmalısız pillələri
gecə arxanı ərinə çevirib
özünü yuxuluğa vurub düşünməlisən
evdə duzun olmaması
nə qədər ləzzətli və gözəldi
*
Сценарий
Вот здесь ты должна громко постучаться,
А я громко должен сказать:
- Проходите.
Ты должна попросить щепотку соли,
А я
Почему-то с радостью должен сказать:
- Соли нет.
В комнате напротив
Жужжит телевизор
И ты, вроде желая послушать новости,
Должна пройти из коридора в комнату.
Должна сесть на диван, а ложишься,
И прослушав прогноз погоды,
Должна отметить, что сегодня очень жарко.
А я должен кивать, подтверждая это.
Ты должна раскрыть пуговки на своей одежде
И  потом позвать меня
К дивану.
А потом…
Ты должна неторопливо одеться перед зеркалом,
Уходя, брызнуть улыбкой.
Надо тебе купить соли в соседнем маркете,
Там ты встретишь своего мужа,
Сделаете покупки вместе
И поднимитесь по лестнице, смеясь.
А ночью, повернувшись спиной к мужу,
Притворишься спящей,
А сама будешь думать –
Как здорово, как хорошо
когда дома соли нет.