50. Ananın yatağı, mənzil –səhər erkən
Artur
kürsüdə, ananın otağında əyləşib, onun necə yatdığına baxır. Artur gecəni yatmayıb.
Həmin geyimdədir. Əlində məktub var.
Pəncərə
arxasında günəş doğur, otağın qaranlığını dağıdır. Kürən pişik Arturun ayaqları
yanında əyləşərək, aşağıdan yuxarı ona baxır, lakin Arturun gözü anasındadır.
Artur bir
müddət də belə oturur, anasının yuxudan oyanmasını səbirsizliklə gözləyir, qəfildən
özünü kürsüyə çırparaq, var gücüylə bağırmağa başlayır.
Ana
diksinib oyanır, yuxulu halda ətrafa baxır, şaşqındır.
Artur
görür ki, pişik otaqdan qaçıb gedir.
ANA – Nədir,
saat neçədir?
Artur
cavab vermir.
ANA – Nə
olub? Yenə özün-özünə zülm edirsən?
Arturun əlində
məktub var.
COKER – Bu
nədir? Niyə heç vaxt bu haqda mənə bir söz deməmisən?
ANA – Bu..
mənim məktubumdur? Mənim məktubumdur, sevincim?
COKER – Sən
bunu mənə niyə deməmisən, anacan?
ANA – Sən
dedin ki, məktubu vermisən. Məktublarımı oxumağa sənin ixtiyarın yoxdu. Sən
kimsən ki?
COKER (səsini qaldıraraq, həyəcanla) – Deməli, mən
Tomas Veynin oğluyam! Niyə bunu məndən gizlətmisən?
Ana yavaşca
yatağında dikəlir.
ANA – Bəsdir
qışqırdın. Ölməyimi istəyirsən? Məni infarkt edəcəksən!
ANA vanna
otağına gedir.
COKER
(ananın arxasınca qışqırır) – Mən qışqırmıram! Sadəcə həyəcanlıyam. Sözlərin
doğrudurmu? Tomas Veyn necə mənim atam ola bilər?
ANA (qapı
arxasından) – Sən sakit olmayana qədər, səninlə danışmayacam!
Artur bir
dəqiqəlik əyləşir, sonra ayağa qalxıb vanna otağının qapısına tərəf gedir.
Anası ilə bağlı qapıdan danışır.
COKER (səsini azaldaraq, sakit olmağa çalışır) –
Okey, anacan. İndi necədir, yaxşıdır? Xahiş edirəm, danış mənimlə!
Artur daha
yaxın əyilir, başını qapıya söykəyir.
COKER –
Xahiş edirəm...
ANA –
Artur, o qeyri-adi adamdır. Bizim münasibətlərimiz vardı. O zaman mən çox gözəl
idim. Bir-birimizə aşiq olmuşduq.
Artur qapı
önündə dayanaraq, dinləyir. Gözlərini yumur, eşitdikləri onun üçün çox əhəmiyyətlidir.
ANA – Onun
arvadı hər şeyi görürdü. İlk gündən bizi qısqanırdı. Sonra da məni işdən
çıxartdı. Bilmirdim ki, hamiləyəm (ağlayır) Heç vaxt ona ya kimsəyə demədim.
Çünki... bilsəydilər, Tomas haqqında, mənim və sənin haqqında nələr deyəcəkdilər...
COKER
(gözü yumulu, başı qapıya söykənmiş halda) – Nə deyəcəkdilər ki, anacan?
ANA – Deyəcəkdilər
ki, mən gəzəyənəm, Tomas isə şorgözdür... Sənə də bicbala deyəcəkdilər.
Qəfildən qapı açılır, Artur üzü üstə vanna otağına
yıxılır.