Əsər necə yaranır? Nədən bir
gün xeyli misra yazıb xöşbəxtlikdən dəli olmaq dərəcəsinə çatırsan, dünya sənin
olur, qarşına çıxan hər kəsi bağrına basıb öpmək istəyirsən; hərdən də günlərlə
özünü oda-közə vurursan, yuxusuz qalırsan, qələmin/vərəqin yataqda da əlindən
düşmür, amma ecazla dolu, şeir ətirli sözlər gəlmir ki, gəlmir? Nədən?
