Bir payız olaydım kaş,
payız təki həzin və sönük.
Arzu yarpaqlarım bir-bir saralmış,
Gözlərimin günəşi soyuq,
Sinəmin göyü dərddən dolu...
Birdən kədər fırtınası salaydı canıma caynağını
Göz yaşlarım yağmur kimi rəngləyərdi ətəyimi.
Ah... nə gözəldir,
əgər payız olsaydım...
