17 Haziran 2022 Cuma

Ümid Nəccarinin tərcüməsində Füruğ Fərruxzaddan (İran) bir şeir

 

Bir payız olaydım kaş,

payız təki həzin və sönük.

Arzu yarpaqlarım bir-bir saralmış,

Gözlərimin günəşi soyuq,

Sinəmin göyü dərddən dolu...

Birdən kədər fırtınası salaydı canıma caynağını

Göz yaşlarım yağmur kimi rəngləyərdi ətəyimi.

Ah... nə gözəldir,

əgər payız olsaydım...

Vəhşi, təlatümlü, rəngarəng,

Gözümün içində oxuyur bir şair göy üzünün şeirini

Yanımda alovlanaydı bir aşiqin ürəyi,

odun alovlarında gizli bir kədər...

mənim mahnım

qanadı qırılmış bir meh təki,

hüzn ətri calayırdı yorğun ürəklərə...

Qarşımda

gənc qışın acı baxışı

arxamda

qəfil sevginin yay üsyanı

sinəm

kədərin, dərdin, ümidsizliyin düşərgəsi...

Bir payız olaydım kaş...

Hiç yorum yok:

Yorum Gönder