3 Temmuz 2022 Pazar

Rey Bredberi (Amerika fantastı) yazı haqqında

"Mən, görkəmli fransız rəngkarları kimi yazıram, onlar kimi nöqtələrdən bütöv bir mənzərə yaradıram.

Əsər yazarkən, hələ bütövü görmürsən, fikrində yalnız nöqtə qismində epizodlardır. Əvvəlcə ayrı ayrı nöqtələri yerləşdirirsən, sonra daha birini qoyursan, daha birini... Bir də görürsən ki, nöqtələr bütöv bir mənzərə yaradıb, özün özünə deyirsən ki, əcəba, nə gözəl iş yaratdın!

Halbuki hər şey ilk nöqtədən başlamışdı.

"Zəncirotu şərabı" da beləcə nöqtələrdən yazılıb. Əvvəlcə amerikan evlərinin artırmalarına dair qısa bir esse yazdım. İkinci nöqtə zəncirotu şərabının hazırlanma qaydası idi. Babam onu bir jurnaldan kəsib götürmüşdü. Sonrakı nöqtələr  atəş-fişəng, çərpələngin uçuşu, nə bilim, Xellouin, kənddəki dəfn mərasimi idi. Bu ayrı-ayrı nöqtələr əsəri tədricən doldurdu, və bir gözəl gün gördüm ki, artıq tam bir roman yazmışam!"

Hiç yorum yok:

Yorum Gönder