Marşal Makluen (1911 - 1980) Kanada filosofu, ədəbiyyatşünası və kulturoloqudur. O, 60-70-ci illərdə ABŞ-ın ictimai və intellektual həyatında parlaq bir fiqur olmuşdur. Makluen kütləvi kommunikasiyanın elektron vasitələrinin ilk və ən əhəmiyyətli nəzəriyyəçisidir.
"Medianın dərki" kitabında M.Makluen yazır:
"Paradoksaldır ki, avtomatlaşma liberal təhsili icbari edir. Servomexanizmlərin elektrik dövrü qəfildən insanları əvvəlki maşın dövrünün mexaniki və xüsusiləşmiş köləliyindən azad edir. Maşın və avtomobil atı azad edərək, onu əyləncə sahəsinə keçirdiyi kimi, avtomatlaşma da insanlarla həmin şeyi edir. Biz dərhal azadolma təhlükəsi ilə üzbəüz qaldıq, bu təhlükə bizə lazım olan biliklərin müstəqil şəkildə tapılması üçün daxili bacarıqlarımızı və cəmiyyətin həyatında yaradıcı iştirakımızı sınağa çəkdi. Sanki tale insanları cəmiyyətdə sənətkar roluna çağırır".
Parçanı çevirdi: Sima
Hiç yorum yok:
Yorum Gönder