aforizmlər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
aforizmlər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

14 Mayıs 2022 Cumartesi

Stanislav Lem (Polşa). Daranmamış fikirlər.

 

Bütün ağızlar bağlı olduğu halda da, sual açıq qalır.

*

Cəllad adətən ədalət maskasında çıxış edir.

Əqli məhdudiyyət genişlənir!

*

İnsanın maşınlardan üstünlüyü ondadır ki, insan özü özünü sata bilir.

Dünyanın bütün qandalları bir zənciri yaradır.

Tarixin güzgüsü insanları deformasiya edir.

*

Mizantropları sevmirəm, ona görə insanlardan qaçıram.

*

Zaman adamyeyəndir.

*

Kimsə başqalarından bir baş üstündür. Və o başı kəsirlər.

*

Cahillərin öz təhsilləri ilə öyünməsi bədbəxtlikdir.

*

Kim dilini idarə edə bilirsə, susur.

*

Özünüz öyrənin, gözləməyin ki, həyat sizi öyrətsin.

*

Qurdla bir xəndəkdə olanda, ona etinasız yanaşma.

*

Geniş üfüqlər dar çevrələrdə açılır.

*

Gözünü qiyib dünyaya baxmaqla göz yaşlarını gizlətmək olar.

*

Azadlığın sərhədləri olmalıdır.

Hər şey insanın əlindədir! Ona görə əllərinizi tez-tez yuyun.

*

Çox qorxuludur - güclünün zəif yerləri.


Çevirdi: Sima

16 Nisan 2022 Cumartesi

Xanım İsmayılqızı. Sözgəlişi (aforizmlər)

Günah edərkən vicdan qaçqındır.

*

Düşəndə də əldən düşəsən, gözdən yox.

*

Əlimiz çatmayanlara doğru qaçarkən, əlimizdə olanları da itiririk.

*

Həyatımızın havasına oynaya-oynaya rəqqasa çevrilirik.

*

Dərinə gedəndə havasızlıqdan, dayazda olanda mənasızlıqdan boğuluruq.

*

Əl uzada bilmirsənsə, ayaqlarını yığışdır.

*

Sarsılan insan yaralı quşdan məkansızdır. Quş yerə çırpılar, insan  - içinə.

*

Üzümüzdən çox səsimiz özümüzə oxşayır.

*

Gözü doymayanın, ruhu acından ölər.

*

Azadlığın ən iyrənc formasını sərxoş adam yaşayır.

*

Adamlardan zəhərlənəndə, ürəyin bulanması uzun çəkir.

*

Xatirənin kölgəsində sərinlik yox...

*

Doğulandan ölənədək bir nəğmədir hər adam...

*

Hər şey görünmədiyi kimidir.

*

Yuxular Tanrının tapmacasıdır.

*

Bu "olmazlar" olmasa, olmaz olaylar olar.

Ədəbiyyat qəzeti, 9 aprel 2022.

24 Nisan 2014 Perşembe

Vilyam Şekspir. Fikirlər

Уильям Шекспир - цитаты, высказывания и афоризмы.Aprelin 23-də ingilis dramaturqu, ingilis və dünya ədəbiyyatında möhtəşəm yeri tutmuş Vilyam Şekspirin (1564 - 1616) anadan olmasının 450-ci ildönümüdür. Artıq neçə yüz ildir ki, onun şəxsiyyəti, yaradıcılığı ətrafında araşdırmalar, mübahisələr və ziddiyyətli nəticələr səngimir. Şekspirin yazdığı 154 sonet, 2 poema və 37 pyes üzrə araşdırmalarda ədəbiyyatşünaslar, alimlər, tənqidçilər minlərlə "qələm sındırsalar" da, bu dahinin yaradıcılığında və şəxsiyyətində qaranlıq məqamlar qalmaqdadır.
Şekspir həmçinin ingilis dilini 1700 sözlə zənginləşdirmişdir. Onun əsərlərindən götürülmüş ifadələr dillərdən düşmür.

* Biz yuxularımızdan toxunmuşuq
* Ən geniş yayılmış arzu - başqalarından fərqlənməkdir
* Əsil sevgi danışmır, çünki o, sözlərdə deyil, əməldədir
* Ehtiras nə qədər güclüdürsə, sonu bir o qədər kədərlidir
* Özünə xəyanət edən heç kimi sevmir
* Bəzən ata oğluna gülməyi öyrədir, oğul isə ataya - ağlamağı
* Cəhənnəm boşdur, bütün şeytanlar burdadır
* Vicdandan küsmüş hakimiyyət təhlükəlidir
* Fikirlərinizi danışmağa qoymayın
* Söz az olan yerdə onun çəkisi var
* Zaman hər kəs üçün fərqli axır
* Biz bir bağçayıq, iradəmiz isə - bağban
* Çürük almalar arasında seçim məhduddur
* Ləkəsiz ürəyi qorxutmaq çətindir




8 Mayıs 2012 Salı

Heminqueyin aforizmlərindən



* Kitabdan sədaqətli dost yoxdur.
* Yazıçının ən yaxşı tərbiyəsi  - onun bədbəxt uşaqlığıdır.
* Yaxşı nəsr əksər hissəsi su altinda qalan aysberq kimidir.
* Yazıçıya nə mane olur?  Spirtli içki, qadınlar, pul və şöhrətpərəstlik. Həmçinin, spirtli içkinin, qadınların, pulun və şöhrətpərəstliyin əskikliyi.
* Bütün yaxşı kitablar bir-birinə oxşayır, çünki onlar həyatdan doğrudur.
* Yaxşı kitabı oxuyub qurtaranda, sənə elə gəlir ki, yazılanlar sənin həyatındandır və olanlar həmişə səninlə qalacaq – yaxşı da, pis də, sevinc də, kədər də, təəssüflər də, insanlar da, olduğun yerlər də, hətta o vaxtkı hava da.
* İnsan haqqında sadə doğru  nəsri yazmaqdan çətin iş yoxdu.
* Nəsr – memarlıqdır, dekorasiya sənəti deyil.
* Söz - əsrlərdə qalan yeganəlikdir.
* Yazışı nə demək istədiyini deməkdənsə, onu yazmalıdır.
* Yaxşı kitab yalnız sevgi, müharibə və ölüm haqqında ola bilər.
* Qəzetə köşə yazmaq –  ölümsüzlüyün  əvəzedicisidir.
* Daim iş haqqında düşünsən, masa arxasına əyləşənə qədər işə marağın itər. Fiziki işlə məşğul olmaq lazmdır ki, bədən yorulsun, bunun ən yaxşı üsulu  sevdiyin qadınla sevişməkdir.

31 Ağustos 2011 Çarşamba

Sergey Dovlatov. Aforizmlər



Sentyabrın 3-ü Sergey Dovlatovun (1941, Ufa – 1990, Nyu-York) anadan olduğu gündür. Onun əsərləri “samizdat” (makinada gizli çapetmə) nəşriyyatlarında çıxırdı, çünki rəsmi nəşryyatlar Dovlatovun əsərlərini çap etmirdi. 1978-ci ildə ABŞ-a köçən Dovlatov “Yeni amerikalı” emiqrant qəzetinin baş redaktoru olur, tezliklə kitabları cıxır və o, oxucu auditoriyası qazanır. ABŞ-da yaşadığı 12 il ərzində Dovlatovun 12 kitabı işıq üzü görür.

Sergey Dovlatovun aforizmlərindən:
*
Kim iztirab çəkirsə, gunah etmir
*
Borcların səni üzür? Fikir vermə. Borc – səni insanlarla birləşdirən yeganə şeydir
*
Təmənnasız yalan yalan deyil, poeziyadır
*
Yaxşı insan qadınlarla münasibət qura bilmir. Qadınlar əclafları sevirlər, amma hər insan da əclaf ola bilmir
*
Hamı bilir ki, dahinin tanişları olur. Amma kim inanar ki, onun tanişi dahidir?
*
Dahi – adi insanın əbədi (ölümsüz) variantıdır
*
Allahdan əlavə pay istəməzlər
*
Demokratiya nədir? Bəlkə, insanın dövlətlə dialoqudur?
*
Susmaq – böyük qüvvədir. Onu bakterioloji silah kimi qadağan etmək lazım...
*
Sürünməyə yaranan uçmaq istəmir.
*
İstedad – şəhvət hissi kimidir. Gizlətmək olmur. İstedadı simulyasiya etmək daha ağırdır.
*
Yazıçının milliyyətini dil təyin edir - əsərlərin yazıldığı dil.
*
Əsil mərdlik odur ki, həyatın bütün həqiqətlərini bilib, onu sevəsən
*
Fikrin dayazlığı həmfikirlər ordusunu yaradır

Çevirdi: Sima