64. Kafe, şəhər xəstəxanası –səhər erkən
Artur
plastik padnosla gedir, padnosda bir cüt bişmiş yumurta və qəhvə var.
Artur
başını aşağı salıb ki, kimsə onun üzünü görməsin. Kafedə ondan başqa bir neçə gənc
həkim və tibb bacısı, bir qrup sanitar var, onlar masaların arxasında əyləmişlər.
Artur uzaq
küncdə, hamıdan kənarda əyləşir. Masada qoyulmuş bulvar qəzetini görür, onu
götürür ki, tənhalığına rəng qatsın.
Kamera qəzetin
birinci səhifəsini göstərir: “Tomas Veyn merliyə namizəddir”, aşağıda onun
fotosu var – Tomas Veyn arvadı ilə (50 yaşında) birgə izdihama əl edir, balaca
Brüs valideynlərinin qarşısında dayanıb düz obyektivə baxır, baxışlarında nəhəng
izdihamdan qorxu hissi var.
Alt
başlıqda: “Etiraz aksiyası bu gün axşam Veyn Hollun açılışında baş tutacaqdır”.
Artur ailə
fotosuna baxır... sonra fotonu qəzetdən cırıb götürür.
GƏNC HƏKİM
(arxa planda) – Bağışlayın ki, sizi narahat edirəm, bizim mübahisəmizə aydınlıq
gətirə bilərsinizmi?
Kamera
Arturu göstərir – Artur, aşağıdan yuxarı baxır.
Bir gənc həkim
və iki tibb bacısı Artura yaxınlaşırlar. Kamera onların yalnız bədənlərini göstərir.
COKER –
Bağışlayın, nə dediniz?
GƏNC HƏKİM
– Siz Mürrey Franklinin dünənki şousunda göstərilən adamsınız?
Artur tibb
bacılarının gülüşünü eşidir.
COKER –
Yox, mən deyildim.
1-Cİ
T/BACISI – Yox, siz idiniz. Siz həmin komik aktyorsunuz.
GƏNC HƏKİM
– Amma sən gülməli deyildin. Bir dənə də gülməli zarafat etmədin.
Tibb
bacıları gülür.
COKER –
Başa düşmürəm, nə deyirsiniz...
GƏNC HƏKİM
– O adam dəqiq sən idin. Verilişdə gülməyini saxlaya bilmirdin. Mürrey yaxşıca
sənin payını verdi.
Yenə
gülüş. Artur aşağıdan yuxarı onlara baxır.
COKER – Sənin
yerində olsaydım, bu masadan uzaq durardım, çünki getməsən, boğazından asılmış
steteskop ilə səni boğaram.