Coker ssenari etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Coker ssenari etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

28 Aralık 2020 Pazartesi

"Coker" filminin ssenarisi. Tərcümə işim. Davamı

 

72. Veyn-Holl, əsas giriş – gecə

İki cangüdən Arturu var gücüylə binadan çölə atır, Artur yağışdan islanmış etirazçıların qarşısında yerə yıxılır. Telekameralar və foto-işıqlar Artura tuşlanır. Artur yıxıldığını səhnələşdirmək qərarına gəlir – publika qarşısında gah bir, gah o biri tərəfə mayallaq aşır, sonra dramatik bir təzim edir.

Etirazçılar dəli kimi bağıraraq, onu alqışlayırlar.

İslanmış saçlar... Əzilmiş burun...

Artur arxaya çevrilib görür  ki, cangüdənlər qayıdırlar. O, yağış seli altında meydan boyu qaçır. Yolu burulur, sürüşərək, qaçmağa davam edir – heç kim onu təqib etməsə də, qaçır. 

26 Aralık 2020 Cumartesi

COKER filminin ssenarisi. Tərcümə işim (davamı)

 

44.  Ananın mənzili. Mətbəx – səhər

İri planda iki həb görürük. Artur onları əzib yulaf sıyığının üstünə tökür.

ANA – Sevincim, bura gəl! Tomas Veyni telefizorda göstərirlər.

Artur bir neçə həb udur. Dərman qabının içinə baxır – boşdur. O döşəmədə əyləşmiş kürən pişiyə nəzər salır. Pişik ucadan mırıldayır, Artur onu müşahidə edir.

ANA – Tez ol! Gəl!

23 Aralık 2020 Çarşamba

"Coker" filminin ssenarisi (tərcümə işim, davamı)

 36.   Hotem şəhər xəstəxanasının vestibülü – bir qədər sonra

Artur xəstəxananın vestibülündəki telefon avtomatla danışır. O artıq öz geyimindədir, parik əlindədir, üzündə isə hələ də kloun qrimi var.

COKER (telefona) - Hoyt, icazə ver, izah edim…

HOYT (telefonda) – Hə, yaxşı olardı. De görüm, uşaq xəstəxanasına tapançanı niyə gətirmişdin?

COKER (telefona) - Bu rekvizitdir, çıxışımın bir hissəsi idi.

HOYT (telefonda) – Gopa basma! Klounlar tapança gəzdirmir. Rendal dedi ki, ötən həftə sən 38 kalibrli tapançanı ondan almaq istəmisən.


21 Aralık 2020 Pazartesi

COKER (filmin ssenarisi, tərcümə)

Orijinal ssenari – Tod Fillips və Skot Silver

 

Bu əhvalatı Warner Bros.-un ənənəvi filmi kimi qəbul edirik. Qoçaq, bizə yaxın və qəribə-məzəli personajlar gerçək dünyada yaşayırlar. Hadisələr keçmişdə cərəyan etsə də, bu, filmdə heç vaxt qeyd edilmir. Tutaq ki, 1981-ci ildir. Çox narahat zamandır. Hotem şəhərində cinayətkarlıq rekordlar qırır. Şəhəri zibilçilərin 6 həftəlik tətili  iflic edib. “Kasıblar” və “varlılar” arasında fərq fiziki şəkildə duyulur. Arzular əlçatmazdır, onlar sayıqlama ideyasına çevrilir.

*

Tamamilə sınmış bir insanın gülüşü eşidilir.

1.      1. Səhiyyə şöbəsi, ofis. Səhər.

30 yaşlı Artur ön plandadır. Güclü gülüşdən onun gözləri yaşarır. O, halına nəzarət etməyə çalışır. Qara kirli saçları dolaşıqdır. Əynində nimdaş, rəngləri solğun, papaqlı narıncı gödəkçə var, boynundan  istifadədən nazilmiş köhnə boz şərf  sallanır. Ağzının kənarlarında az sezilən iki çapıq izi var. Və Artur sanki daim gülür...