şair və şeir etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
şair və şeir etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

6 Ekim 2016 Perşembe

Mərhum şairdən bir şeir

Fərhad Mete

fərhad mete ile ilgili görsel sonucu

***
And versəm əgər
əsdikcə əsən yellərə
səndən xəbər gətirərmi
yağış yüklü buludlara?
dərya olmuş göz yaşını
alıb sənə yetirərmi,
bölüşdürən mələklərə
bizə verə bilmədiyin
arzuları bitirərmi
su üstündə gəmilərə
bəxş etdiyin iztirabı
dənizlərdə itirərmi
coşan-daşan dənizlərə
yosunlara ötürərmi
cüt olana, tək olana
qanadlı mələk olana
günəş ucaldan gündüzə
işığı yayılmış düzə
örtük bürüyən gecəyə
kölgə düşmüş gələcəyə?
durulan səhər vaxtına
toz qoparan atlılara
səni and verirəm, ya Rəbb
nəyə inanırsan ona
son ver artıq bu oyuna
yetər artıq, yetər, yetər...

13.03.2008

5 Mayıs 2012 Cumartesi

Çağdaş poeziyamızdan nümunələr



SALAM SARVAN 
 ***
Dksinərsən qanından
analiz verdiyin yerdəcə.

Diksinərsən bir damcı
qanının yayıldığı şüşə parçası
tibb bacısının əlindən
yerə düşüb sınanda.

Diksinərsən
sınmış şüşə qırıntıları
və sındırılmış kişi qırıntıları
tapılanda qanında.

Sonra tapançandan
atəş açarsan iki dəfə:
birini havaya - xəbərdarlıq atəşi,
birini gicgahına.



AQŞİN YENİSEY
 Günel üçün
Bir zəlzələlik canı var şəhərlərin
Bir sevgilik ömrü var şairlərin
Bir nəfərlik unudulmaq qorxusu var qadınların.
Şəhər zəlzələdən,
Şairlər sevgidən,
Qadınlar unudulmaqdan qorxar.
Zəlzələdən sonra şəhərdən nə qalirsa,
divar odur.
Sevgidən sonra şairdən nə qalırsa,
söz odur.
Unudulandan sonra qadından nə qalırsa,
Sən osan.