sheir etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
sheir etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

19 Mayıs 2012 Cumartesi

Şel Silverşteyn. Unudulmuş dil

Tərcümə: Roman Məmmədov



Bir vaxt vardı danışardım çiçəklərin 
dilində,
anlayardım kəlmə-kəlmə dediyini tırtılın
Xısın-xısın gülümsərdim, bir vaxt vardı,
qəfildən        
eşidəndə qeybətini ürkək sığırçınların
Bir vaxt vardı..
baş qoyunca yastığıma,
hər gecə        
bölüşərdim sevincimi, nisgilimi milçəklə...
Toplaşaraq yatağımın dörd yanına,
ah necə
sevinərdi hər suala cavab alan 
sisəylər!..
Bir vaxt vardı..     
qar yağardı... 
           
naçar dənəciklərin                  
hər ölümə enişində mən də haray 
çəkərdim!..
Bir vaxt vardı danışardım dilində çiçəklərin..
Necə oldu unutdum bəs?!
Necə oldu?!..
bilmədim!

24 Temmuz 2011 Pazar

Əhməd Nicati. Təcrübə



http://mesiha.blogspot.com

Sevgi bir təcrübədir ki,
kəpənəklərin qanad səsindən
yadigar qalmış.

Dünya bir təcrübədir ki,
tanrıların yersiz savaşından
yadigar qalmış.

Və ölüm
bir təcrübə olacaq ki,
gündüzlə gecənin yerli döyüşündən
yadigar qalacaq.

(farscadan çevirdi: Məsiağa Məhəmmədi)

26 Haziran 2011 Pazar

Öyrəndim


*
Sığınmağa bir çiyin tapmayanda,
bir küncə qısılıb
ağlamağı öyrəndim.

Gecələr
çiyinlərimə çökən
səssizliyin
qara ağırlığına dözərək,
gülümsəməyi öyrəndim.

Öyrəndim
sənsiz,
rəngsiz,
həvəssiz yaşamağı,
gərəksiz münasibətlərlə,
saxta sevgilərlə özümü aldatmağı.

Xeyir kimi gücsüz,
şər kimi qorxulu
oldum hərdən,
qorxdum özüm-özümdən -
sözlərimdən,
hisslərimdən,
dəyişmələrimdən...

25 Haziran 2011 Cumartesi

Müasir poeziyamızdan. Rəbiqə Nazimqızı



Kim bilir nə qədər qalır...


Kim bilir nə qədər qalır

Torpağı qucaqlamağa.

Quma, havaya köçməyə,

Yağış olub ağlamağa...



Mən də bilmirəm, birdənəm,

Hardadı Tanrının yeri.

Bilmirəm necə oxuyum

Ona yazdığım şeiri...



O da yaman qısqanc imiş,

istəmirdi biz görüşək...

Sənimi sevdi, mənimi –

necə soraqlayaq bilək.



Gizlədi səndən üzümü,

səsini qıymadı mənə.

Bir əlamət, bir işarə,

nişanə qoymadı mənə...



Özün tapdın, özün məni

özün tapdın əllərimi...



amma kim bilir nə qalır

Torpağı qucaqlamağa...

Quma, havaya köçməyə,

Yağış olub ağlamağa...



Əlimdən tutsan, birdənəm,

tutaram, saxlaram səni.

Sözdən kağıza köçürrəm,

kitaba bağlaram səni...

http://www.azadliq.org

Yakub Içik. Duyğularım səndə həbsdə


Ön söz: azəriblog fəaliyyətdə olanda, hörmətli sənət arxadaşım Yakub İçiklə mütəmadi yazışar, bir-birimizin bloqlarına baş vurub ordakı yazıları oxuyardıq... Bu gün onun L i t e r a t u r(e) by Yakup icik Siir, قصائ,Poems,Gedichte,ποιηματα ,Poesie adlı, http://yasayansairler.blogspot.com/ ünvanında yerləşən bloguna baxarkən, nə vaxtsa tərcümə etdiyim şeiri orda gördüm.

*
Duyğularım səndə həbsdə,
Hisslərim sənə qandallı,
Dilimdə həsrət nəğməsi,
İçimdə dərd növbələri...

Baxışların öldürücü,
Eşqin qan davası sonsuz.
Otağım soyuq, boğucu,
Gecələr qaldım mən yalnız.

Hər gün yazıram sənə mən,
Taleyimdən gileyliyəm.
Göndərdiyim namələrdə
Bir ürək, bir ox çəkirəm.

Duyğulara qəm qatmayaq,
Sevirəm mən, inan, səni,
Misraların arasında
Sevgin məhv edibdir məni...

şeir: Yakub Içik
tərcümə: Sima Ənnağı

11 Haziran 2011 Cumartesi

Tənhalıq


Tənhalıq –
Gecələr tünd çay içməkdir,
Kalopilərə tüpürüb
Kilolarla şokolad yeməkdir,
Qulaqlar ağrıyana qədər
Müsiqiyə qulaq asmaq,
Bir də
Nə vaxtsa yazılmış mesajları
Dua kimi
Təkrar-təkrar
Oxumaq deməkdir...

22 Mayıs 2011 Pazar

Bir gün


Bir gün
Inanıram buna -
Dünya yalanlardan azad olacaq,
Insanlar
Ürəklərini dinləməyi bacaracaq,
Sadəcə sevəcək – oyun oynamadan,
Güləcək səmimi qəlbdən,
Və cani-könüldən
Usanmadan
“mən xoşbəxtəm” deyə biləcək...

Bir gün
Inanıram buna –
Yalanlardan azad olmuş ürəklər
Sevdiyi insanların gözlərinə baxıb,
“səni sevirəm” deyə biləcək.

Və inanacaq öz sözlərinə.

8 Mayıs 2011 Pazar

Sevgi nədir?


Sevgi nədir?
həzzdən
içində uçuşan kəpənəklərdir,
ovcundakı bir parça günəşdir...
Bəlkə
sevgi
gecələr
evləri yatmağa qoymayan Aydır,
həsrətlə barmaqlarına toxunan
titrək dodaqlardır,
bəlkə
əllərinin ətri,
nəfəsinin dadı,
gözlərinin nağılıdır...
Bəlkə də
ürəklərdə məskən salmış,
qucağını bizə açmış,
doğmalaşmış
Tanrıdır...

Sima, yanvar, 2011

8 Şubat 2011 Salı

Ağaclar və insanlar


Ağaclar insanlar kimi
Yolboyu
Qol-boyun olub,
Dirənib,
Sinə gərib küləyin əzminə.

Ağaclar kimi güclü olmayan insanlar
Dünyanı zəbt edən şərə
Boyun əyib,
Əyilib
İçi kirli,
Çölü parlayan,
Əzəməti ilə göz qamaşdıran
Bütlərin xeyrinə...

Rəngləri bozarmış dünyada
Bütləri yıxıb dağıtmaq,
Yeni rəngli dünya qurmaq
Üçün
Ağaclar kimi
Dirənib,
Sinə gərib,
Getdiyi yol boyu
Qol-boyun olub
Addımlayan,
Yeni yolda
Yeni bütlər yaradan insanlar
Yeni nəsillərə
Hansı
Nağılları uyduracaqlar...

29 Ocak 2011 Cumartesi

İpoxondriya


*
Qara qəfəslər.
Boğulmuş tərəddüdlər.
Ən yaxşı sözlər,
Fikirlər,
Mətnlər
Cərrah bıçağıyla yarılmış kimi.

Yuxular məntiqli,
Rəngli,
Həvəsli.

Gerçəklik -
Ağrılı,
Ağılsız,
Üzgün.

Damarlar
Ülgücə hazır.

Ürək
Sevgi oyunlarından narazı...

16 Mayıs 2010 Pazar

Aritmik fikirlər


Sətirlərin aritmiyasında
iynə üstündə
ayaqyalın gəzmək duyğusu.
Bu gün rahat qayğısız.
Sabah - boşluğa iki addım.
Yalanla dolu dünyada
hələ də
inandığın
gecə-gündüz axtardığın
balıq kimi sürüşkən xoşbəxtliyi
ikiəlli tutmaq arzusu.
Əvəzində -
kürəyinə vurulan acı yumruqlar.

Saxta hislərin
yeni tarifi -
üç quruşa beş küftə...

7 Nisan 2010 Çarşamba

Gennadi Qolovatı. 2 şeir


Gennadi Qolovatı (1940-2001) – rus əyalət şairidir, Çita vilayətində yaşamışdır. Qolovatı mərkəzi ədəbi prosesdən çox uzaq olsa da, onun şeirləri müasir rus poeziyasında məxsusi yer tutmağa iddialıdır.

Şairin 2 şeirini təqdim edirəm.

С и л а
Слепые не могут смотреть гневно.
Немые не могут кричать яростно.
Безрукие не могут держать оружие.
Безногие не могут идти вперед.
Но – немые могут смотреть гневно.
Но – слепые могут кричать яростно.
Но – безногие могут держать оружие.
Но – безрукие могут идти вперед.

Tərcüməsi:
Q ü v v ə t
Korlar qəzəblə baxa bilmir.
Lallar nifrətlə bağıra bilmir.
Qolsuzların əlində solah olmaz.
Ayaqsızla r- irəli addımlamaz.
Lakin...
Lakin lallar qəzəblə baxa bilər.
Korlar nifrətlə bağıra bilər.
Ayaqsızlar - əldə silah tutarlar.
Qolsuzlar – irəli addımlayarlar.

***
Старею? Или, может быть, хирею?
Да все равно: в итоге – что ни год –
Тусклее краски, запахи беднее
И скрипка - реже сердце достает.
Но слово – все острей пронзает слово!
В поэзии, как в детстве я могу
Увидеть мир обрадованно снова,
Поверить в солнце, спавшее в стогу…

Tərcüməsi:
***
Qocalıram? Ya taqətdən düşürəm?
Fərq eyləməz – ildən ilə keçdikcə,
Rənglər daha solğun,
Ətirlər bəsit görünür mənə,
Müsiqi də ürəyimə zövq vermir artıq.
Fəqət söz – sözü daha kəskin vurğulayır!
Uşaqlıqda olduğu kimi mən
Yenidən
Dünyaya maraqla baxa bilirəm,
Ot tayasında uyumuş günəşə
Heyrətlənirəm...