Azerbaycan etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Azerbaycan etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

28 Mayıs 2012 Pazartesi

28 may - Respublika günüdür

Azərbaycan Respublikasının Dövlət himninin mətni

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!

(buradan dinləyin)


12 Şubat 2012 Pazar

Fikirlər kələfi. İkiyə bölünmüşlər

10 fevral Azərbaycanı ikiyə bölən Türkmənçay müqaviləsinin bağlandığı gündür. Ərazi ikiyə bölündü, xalq ikiyə bölündü, xalqla birgə həyat tərzi,ictimai şüur və insanları bir-birnə bağlayan görünməz tellər də ikiyə bölündü. Bu bölgü ilə nələri itirdik, nələri qazandıq... Qazandıqmı? Qazandiqsa da, zahiri nələrisə qazandıq; daxili, mənəvi nələrisə itirdik...

21 Haziran 2011 Salı

Qəbələdə bir gün (fotolar-2)

Çəkdiyim fotolardan:





Qəbələdə bir gün (fotolar)

Qəbələdə çəkdiyim fotolardan:





Qəbələdə bir gün

Bu yaxınlarda Qəbələyə gəzintiyə getmışdım - təəssüratlarım aşıb-daşdı. Nohur-göldə su velosipedi sürdüm, "7 gözəl" istirahət mərkəzində nahar etdim, şəlalədə çay içdim... Təbiətin müsbət enerjisini doyunca içimə çəkdim, meşənin təmiz havasından ruhlandım, ordakı sakitliyi (və gül mürəbbəsini) sevdim... :)