Sənsiz
Qurğuşun zaman ardımca sürünür,
Yetə bilmir,
Saatın caynaqları xatirələrimi qapır,
Unutdura bilmir,
Nə vaxtsa deyilmiş sözlərin dadı solub sənsiz,
Barmaqların titrəyişi
Keçmişə çevrilib.
Başqa sözlər, başqa adamlar
Oyunları ilə qorxudur,
Sənsiz
Xoşbəxtliyi yamsılamağa ehtiyac yoxdur.
Yenə soyuq zaman arxamca sürünür,
Yenə saat caynaqlarını irəli atır –
Sənsizlik ətrafa yayılır.
2010
Hiç yorum yok:
Yorum Gönder